SON XƏBƏRLƏR

Rusiya Gürcüstan hakimiyyətini legitim saymır

2021.10.20, 07:36
Rusiya Gürcüstan hakimiyyətini legitim saymır

Gunaz.tv
Rusiya Gürcüstan hakimiyyətini legitim saymır 20080703152815medvedev-203.jpg Dmitri Medvedev Rusiya prezidenti Dmitri Medvedev deyib ki, Moskva Gürcüstan prezidenti Mixail Saakaşvilinin administrasiyasını daha legitim saymır. İtaliya mətbuatına müsahibəsində prezident Medvedev deyib ki, Rusiya Mixail Saakaşviliyə artıq mövcud olmayan siyasi meyit kimi baxır. Televiziya müsahibəsində prezident Medvedev deyib ki, dünya birliyi Cənubi Osetiyada döyüşlərin kimin birinci başladığını yadda saxlamalıdır. Avropa İttifaqının bazar ertəsi keçirilən sammitinə toxunarkən Dmitri Medvedev deyib ki, Rusiyaya qarşı sanksiyaların qəbul edilməməsi sammitdə sağlam düşüncənin qalib gəldiyini göstərir. O, Avropa İttifaqının hələ də Rusiyanın mövqeyini başa düşməməsindən təəssüfləndiyini bildirib. Gürcüstan hakimiyyətinin sözçüsü Rusiya prezidentinin qeydlərini məyyusedici adlandıraraq tənqid edib. O, deyib ki, prezident Mixail Saakaşvilini bütün Gürcüstan xalqı dəstəkləyir. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar