SON XƏBƏRLƏR

AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİ İRANDAN GƏTİRİLƏN 23 KQ NARKOTİK SAXLAYIB

2021.10.20, 07:36
AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİ İRANDAN GƏTİRİLƏN 23 KQ NARKOTİK SAXLAYIB

Gunaz.tv
AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİ İRANDAN GƏTİRİLƏN 23 KQ NARKOTİK SAXLAYIB narkotika.jpg Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən qaçaqmalçılıqla mübarizə məqsədilə keçirilən tədbir zamanı Astara şəhər sakini saxlanılıb. DGK-dan verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana gələn Xanməmmədov Əhməd Mirzəhüseyn oğlunun etibarnamə ilə idarə etdiyi dövlət nömrə nişanı 19-BC-918 olan «KamAZ» markalı yük maşınına və dövlət nömrə nişanı 19-ZA-042 olan qoşquya gömrük baxışı həyata keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinə əlavə olunan qoşqunun gizli saxlanc yerindən – qoşqunun altında ramaya əlavə olaraq sonradan bağlanmış üçüncü hava balonunun içərisindən, gömrük nəzarətindən gizlədilmiş, müxtəlif rəngli polietilenlərə və falqa kağızlarına bükülmüş, ümumi çəkisi 22,3 kq həşiş və şəffaf rəngli polietilenə qablaşdırılmış 0,6 kq heroin aşkar edilərək götürülüb. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar