SON XƏBƏRLƏR

GÜRCÜSTAN PARLAMENTİ ABXAZİYA VƏ CƏNUBİ OSETİYADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDƏCƏK

2021.10.20, 07:36
GÜRCÜSTAN PARLAMENTİ ABXAZİYA VƏ CƏNUBİ OSETİYADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDƏCƏK

Gunaz.tv
GÜRCÜSTAN PARLAMENTİ ABXAZİYA VƏ CƏNUBİ OSETİYADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDƏCƏK gurcu_bayragi-1.jpg Gürcüstan parlamentinin sabah keçirilən iclasında ölkədə hərbi vəziyyətin ləğv olunması barədə qərar qəbul oluna bilər. Parlament həmçinin Rusiya qoşunları yerləşən ərazilərdə fövqəladə vəziyyət elan etmək niyyətindədir. Gürcüstan parlamenti yaxın günlərdə Abxaziya və Cənubi Osetiyanın işğal olunmuş ərazilər elan edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarmaq niyyətindədir. Parlament spikeri David Bakradze bildirib ki, artıq ölkədə hərbi vəziyyətin saxlanmasına ehtiyac yoxdur. Qeyd edək ki, ötən həftə Gürcüstan parlamenti “Rusiyanın işğal etdiyi Gürcüstan əraziləri haqqında” qərar qəbul edib. Qərara əsasən, ölkədə Gürcüstan Silahlı Qüvvələrindən başqa hər hansı silahlı qüvvənin olması qanunsuzdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar