SON XƏBƏRLƏR

MİLLİYYƏTÇİ HƏRƏKAT PARTİYASININ RƏSMİSİ ABDULLA GÜLÜ FUTBOLA BİR GECƏQONDU MƏHƏLLƏDƏKİ KAFEDƏ BAXMAĞA ÇAĞIRDI

2021.10.20, 07:36
MİLLİYYƏTÇİ HƏRƏKAT PARTİYASININ RƏSMİSİ ABDULLA GÜLÜ FUTBOLA BİR GECƏQONDU MƏHƏLLƏDƏKİ KAFEDƏ BAXMAĞA ÇAĞIRDI

Gunaz.tv
MİLLİYYƏTÇİ HƏRƏKAT PARTİYASININ RƏSMİSİ ABDULLA GÜLÜ FUTBOLA BİR GECƏQONDU MƏHƏLLƏDƏKİ KAFEDƏ BAXMAĞA ÇAĞIRDI atillakaya1.jpg Atilla Kaya Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başqan yardımçısı Atilla Kaya prezident Abdulla Gülə məktub yazıb. «Media forum» saytı xəbər verir ki, məktubda A.Gülün Ermənistana gözlənilən səfərinə etiraz sərgilənir: «Alparslan Türkeşin (MHP-nin mərhum başqanı – red.) nə etməyə çalışdığını anlayıb davam etdirə bilsəydiniz, siz də bu gün Serj Sərkisyanla deyil, Levon Ter-Petrosyanla görüşməyə hazırlaşardınız. Aradakı fərqi anlatmağa yarayan və dövlətin əlində olan bilgilər ən çox sizə və varisinizə yaxındır». A.Kaya məktubda Ermənistanın A.Gülün təmsilçisi olduğu Türkiyənin ərazi bütövlüyünü tanımadığını xatırladır: «Ermənistan başqa bir türk dövlətinin ərazisinin işğalçısıdır. Ermənistanın Ağrını, Vanı Qarabağ etməyə gücü yetməsə də, o, Türkiyə ərazisində daha bir Qarabağ örnəyi niyyətindədir, gücü çatanda bunu edəcək». MHP başqan yardımçısının fikrincə, iki ölkənin futbol yığmalarının bir qrupa düşməsi A.Gülün iradəsi ilə müəyyənləşməsə də, Yerevana getməmək prezidentin iradəsindən asılıdır: «Oyunu izləməyi çox istəyirsiniz. Bunu, baş nazirin adət etdiyi kimi, bir gecəqondu məhəllədəki kafedə kameralar qarşısında edə bilərsiniz. Futbol izləməyə dövlət ənənələrini aşacaq bir fikriniz varsa, sizə son olaraq futbol diliylə səslənmək istəyirəm: bu oyun üçün bir addım daha atsanız, oyundankənar duruma düşəcəksiniz». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar