SON XƏBƏRLƏR

Avropa İttifaqı Rusiyaya qarşı olduqca sərt qərar qəbul edib – Gürcüstan parlamentinin sədri

2021.10.20, 07:36
Avropa İttifaqı Rusiyaya qarşı olduqca sərt qərar qəbul edib – Gürcüstan parlamentinin sədri

Gunaz.tv
Avropa İttifaqı Rusiyaya qarşı olduqca sərt qərar qəbul edib – Gürcüstan parlamentinin sədri _parlament_georgia_020908.jpg Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasına qarşı olduqca sərt qərar qəbul edib. Bu barədə Aİ-nin dünən Gürcüstan üzrə keçirilən sammitinin yekununda Gürcüstan parlamentinin xarici əlaqələr üzrə Komitəsinin sədri Laşa Jvaniya bildirib. «Aİ birmənalı şəkildə Gürcüstanı dəstəkləyib, Rusiyanın təcavüzünü pisləyib və bir daha Gürcüstanın ərazi bütövlüyünə sədaqətini təsdiq edib», - deyə o bildirib. Jvaniya Aİ-nin «rus işğalçı qoşunları Gürcüstan ərazilərindən tam çıxarılanadək Rusiya ilə strateji tərəfdaşlıq planını» dayandırması amilini xüsusi olaraq qeyd edib. «Rusiya Sarkozi sazişini yerinə yetirməsə, Avropa bir daha toplanacaq və daha sərt qərar qəbul edəcək», - deyə o bildirib. Bir gün əvvəl Brüsseldə keçirilən təcili sammitə toplaşan Aİ liderləri Moskva tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin «qəbuledilməz» tanınmasını pisləyiblər, lakin konkret qadağalar tətbiq etməyiblər. Bundan əlavə, Avropa dövlətlərinin liderləri Böyük Britaniyanın Baş naziri Qordon Braunun Rusiya ilə strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların dayandırılması təklifi ilə razılaşıblar. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar