SON XƏBƏRLƏR

«ƏNSARİ-HİZBULLAH» QRUPUNUN İCLASINDA ƏHMƏDİNEJADIN DAHA 4 İL VƏZİFƏDƏ QALMASININ VACİBLİYİ VURĞULANIB

2021.10.20, 07:36
«ƏNSARİ-HİZBULLAH» QRUPUNUN İCLASINDA ƏHMƏDİNEJADIN DAHA 4 İL VƏZİFƏDƏ QALMASININ VACİBLİYİ VURĞULANIB

Gunaz.tv
«ƏNSARİ-HİZBULLAH» QRUPUNUN İCLASINDA ƏHMƏDİNEJADIN DAHA 4 İL VƏZİFƏDƏ QALMASININ VACİBLİYİ VURĞULANIB muctabazolnuri.jpg Muctaba Zolnuri İran dini rəhbərinin İran İnqilab Keşikçiləri Korpusundakı («Sepah») nümayəndəsinin müavini Muctaba Zolnuri sentyabrın 1-də hakimiyyətin qatı tərəfdarı olan «Ənsari-Hizbullah» qrupunun həftəlik iclasında çıxış edərkən prezident Mahmud Əhmədinejadın daha 4 il müddətinə prezident vəzifəsində qalmasının vacibliyini vurğulayıb. «Media forum» saytı xəbər verir ki, M.Zolnuri M.Əhmədinejad hökumətinin hazırkı şəraitdə dəyişdirlməsinin məsləhət olmadığını deyib: «Əhmədinejad hökuməti elə işlərə başlayıb ki, onların nəticə verməsi üçün daha 4 il lazımdır. Bu, ölkənin xeyrinədir. Yəni hazırkı şəraitdə biz elə bir vəziyyətdə deyilik ki, hökumət dəyişək. Ölkənin mənafeyini nəzərə alaraq bu hökumətin qalması məsləhətdir». Üç həftə əvvəl İranın dini rəhbəri, ayətullah Əli Xamneyi çıxışlarının birində Əhmədinejad hökumətini dəstəkləyərək üzünü ona tutub demişdi: «Siz bu gündən 5 il müddətinə işləyəcək şəxs kimi işləyin. Yəni təsəvvür edin ki, bu bir ildən sonra daha dörd il bu vəzifədə çalışacaqsınız. Siz belə bir baxışla işləyin və işlərinizi qurub planlaşdırın». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar