SON XƏBƏRLƏR

Astara gömrükçüləri İrandan gətirilən narkotik maddəni aşkarlayıblar

2021.10.20, 07:36
Astara gömrükçüləri İrandan gətirilən narkotik maddəni aşkarlayıblar

Gunaz.tv
Astara gömrükçüləri İrandan gətirilən narkotik maddəni aşkarlayıblar narkotika.jpg Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Astara rayon sakininin avtomobilində narkotik maddə aşkarlayıb. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquq-pozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından Azərbaycana gələn Astara şəhər sakini Xanməmmədov Əhməd Mirzəhüseyn oğlunun etibarnamə ilə idarə etdiyi “Kamaz” markalı, 19 BC 918//19 ZA 042 nömrəli yük maşınına gömrük baxışı həyata keçirilib. Avtomaşına baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerindən – qoşqunun altında ramaya əlavə olaraq sonradan bağlanmış üçüncü hava balonunun içərisindən müxtəlif rəngli polietenlərə və folqa kağızlarına bükülmüş ümumi çəkisi 22,3 kiloqram narkotik vasitə olan həşiş və şəffaf rəngli polietilenə qablaşdırılmış 600 qram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı təhqiqat aparılır. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar