SON XƏBƏRLƏR

VAŞINQTONDA AMERIKADAKI AZƏRBAYCAN DIASPORUNUN INKIŞAFI ILƏ BAĞLI KONFRANS KEÇIRILƏCƏK

2021.10.20, 07:36
VAŞINQTONDA AMERIKADAKI AZƏRBAYCAN DIASPORUNUN INKIŞAFI ILƏ BAĞLI KONFRANS KEÇIRILƏCƏK

Gunaz.tv
VAŞINQTONDA AMERIKADAKI AZƏRBAYCAN DIASPORUNUN INKIŞAFI ILƏ BAĞLI KONFRANS KEÇIRILƏCƏK. Oktyabrın 1-2-də Vaşinqtonda “Azərbaycan–ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporanın rolu” mövzusunda ikigünlük konfrans keçiriləcək. Tədbirin təşkilatçısı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və ABŞ-da fəaliyyət göstərən “US Azeris Network” (USAN) şəbəkəsidir. Konfransda Amerikadakı Azərbaycan diasporunun artmaqda olan siyasi fəallığı, onun keçdiyi yol və gələcək perspektivləri, Amerika azərbaycanlilarinin bu günü, bu ölkədə yaşayan azərbaycanlılarının ABŞ cəmiyyətinə inteqrasiyası və ictimai münasibətlərin inkişafında rolu, Konqres, hökümətlərarasi və ictimaiyyətlə əlaqələr istiqamətində Azərbaycan diasporu üçün tövsiyələr müzakirə olunacaq. Tədbirin digər hissəsi isə əsasən enerji təhlükəsizliyi məsələlərinə həsr ediləcək. Bu bölümdə Azərbaycan və ABŞ arasında strateji müttəfiqlik münasibətlərini inkişaf etdirilməsi, enerji təhlükəsizliyi, Azərbaycanın enerji ehtiyatlarının ikitərəfli və çoxtərəfli münasibətlərdə rolu və s. barədə danışılacaq. Eyni zamanda USAN şəbəkəsinin fəal nümayəndələrinə diaspora quruculuğunda göstərdikləri xidmətlərə görə “US Azeris Network”un mükafatları təqdim olunacaq. Konfransda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, Azərbaycanın BMT yanında Nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə, Azərbaycanın Los Ancelesdəki Baş konsulu Elin Süleymanov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Amerika Dövlət Departamenti və Dünya Bankının təmsilçisi, Amerika Dövlət Katibinin müavininin köməkçisi, ABŞ-ın Xəzər və Qara dəniz regionlarının enerji siyasəti üzrə nümayəndəsi Metyu Brayza, ABŞ Konqresinin üzvü, Azərbaycan Dostluq Qrupunun həmsədri Solomon Ortiz, Azərbaycan–Türk İş Adamları Birliyinin (ATİB) sədri Əhməd Erentok, USAN-ın icraçı direktoru Adil Bağırov, ATAA-ın yeni seçilmiş prezidenti Günay Evinç, “Heritage” Fondunun nümayəndəsi Ariel Kohen, “Jamestown” Fondunun Prezidenti Gelen Hovard, Türk Mədəniyyət Fondunun icraçı direktoru Guler Koknar, Con Hopkins Unversitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr, Enerji Siyasəti Araşdırma Fondunun prezidenti Lucyen Puqlares, UC Berklley Universitetində Türk Tələbələr Assosiasiyasının prezidenti, “Birlik” jurnalının redaktoru Ulduz Berenjforuş, “US Turkish Netwok”-un həmtəsisçi və rəhbəri, Türk Amerika Dərnəklər Federasiyasının prezidenti (TADF) Kaya Boztəpə, Türk Amerika Koalisiyasının (TCA) prezidenti Lincoln Mak Kurdu, “Georgetown” Unversitetinin Professoru, Mariland ştatından ABŞ senatına namizəd S.Rob Sobhani, tarix elmləri doktoru, Azərbaycan – Rusiya kitabının (1985,1995) müəllifi Prof.Tadeuş Svetoçovski, Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoru Mahir İsgəndərli, Rabitə və İnformasiya texnologiyaları üzrə xüsusi məsləhətçi Corc DeBakey, Georgia Dövlət Universitetində Biznes üzrə professor Bijan Fazollahi, eləcə də bir neçə keçmiş konqresmen, Amerikadakı Azərbaycan, türk diasporunun və yəhudi icmasının nümayəndələri və USAN-ın bütün fəalları iştirak edəcəklər. Tədbirə həmçinin Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov da dəvət olunublar. Konfransdan sonra Vaşinqtondakı “Kennedi” mərkəzində Azərbaycan incəsənət ustaların iştirakı ilə konsert olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar