SON XƏBƏRLƏR

Rusiya Saakaşvilini həbs etmək istəyir

2021.10.20, 07:36
Rusiya Saakaşvilini həbs etmək istəyir

Gunaz.tv
Rusiya Saakaşvilini həbs etmək istəyir rusiy-saak-hebs.jpg Rusiya Federasiya Şurasının üzvü, hüquq məsələləri komitəsi sədrinin müavini Aleksey Klişin Gürcüstan liderlərinin həbsi ilə bağlı məsələ qaldırıb. Lent.az-ın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, senator gürcü liderlərinə beynəlxalq hüquqi təqib tədbirlərinin bütün sisteminin tətbiq edilməsini tələb edib. Klişin bildirib ki, Rusiya qanunvericiliyi rus sülhməramlılarının və Cənubi Osetiyadakı Rusiya vətəndaşlarının ölümündə günahkar olanların məsuliyyətə cəlb edilməsi və barələrində beynəlxalq axtarış elan edilməsinə imkan verir: “Prokurorluğun nəzdindəki istintaq komitəsi Cinayət Məcəlləsinə uyğun olaraq Cənubi Osetiyadakı Rusiya vətəndaşlarının öldürülməsi ilə bağlı “soyqırım” maddəsilə cinayət işi başlayıb. Rusiya vətəndaşlarının Rusiya ərazisində öldürülmədiyinə baxmayaraq, qanunvericilik gürcü rəsmiləri barəsində cinayət işi qaldırmağa imkan verir. Şübhəli şəxs ilkin istintaqdan yayınsa onun barəsində əvvəlcə federal, sonra isə beynəlxalq axtarış elan edilə bilər”. Xatırladaq ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Almaniyanın “Bild” tabloidinə müsahibəsində Gürcüstanı tərk etməyə qorxduğunu etiraf etmişdi: “Ölkəni tərk etsəm Rusiyanın hava məkanını bağlayaraq məni bir daha Gürcüstana buraxmayacağından narahatam”. Rusiyadakı mənbələr isə bildirirlər ki, Moskva nəinki hava məkanını bağlaya, eləcə də bu addımına haqq qazandırmaq üçün beynəlxaq birliyə Saakaşvilinin təhvil verilməsi ilə bağlı müraciət ünvanlaya bilər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar