SON XƏBƏRLƏR

DAHA BIR GÜNEY AZƏRBAYCAN MILLI FƏALI HƏBS EDILDI

2021.10.20, 07:36
DAHA BIR GÜNEY AZƏRBAYCAN MILLI FƏALI HƏBS EDILDI

Gunaz.tv
DAHA BIR GÜNEY AZƏRBAYCAN MILLI FƏALI HƏBS EDILDI mitinq.jpg Güney Azərbaycanın milli hərəkat fəalı İsfahan Malik Əştər Universitetinin tələbəsi Məcid Makuyi (Elyar) 31 avqust 2008-ci il tarixində saat 11 radələrində Təbriz ETTELAAT məmurları tərəfindən həbs edilərək ETTELAAT təcridxanasına aparılıb. Məlumatda bildirilir ki, Məcid Makuyi heç bir ittiham və məhkəmə qərarı olmadan qanusuz olaraq həbs edilibdir. Hal hazırda soydaşımızın harada və hansı durumda olduğu bəlli deyil. Xatırladaq ki, Məcid Makuyi (Elyar) 2006-cı il may hadisələri zamanı ETTELAAT tərəfindən həbs edilərək 20 gün müddətinə ağır işgəncə və təzyiqlərə məruz qalmışdır. Həmin vaxtda girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. Bildiyiniz kimi son aylarda universitetlərin tətil olmasından sui-istifadə edərək faşist molla hakimiyəti Güney Azərbaycanın milli haqlarını müdafiə edən tələbə və milli fəallara qarşı kütləvi surətdə həbsləri davam etməkdədir. Hal hazırda 20-yə yaxın tələbə İran həbsxanalarında və ETTELAAT təcridxanalarında fiziki və ruhi işgəncələrə məruz qalmaqdadırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar