SON XƏBƏRLƏR

Gül də Sarkisyanı Türkiyəyə dəvət edəcək

2021.10.20, 07:36
Gül də Sarkisyanı Türkiyəyə dəvət edəcək

Gunaz.tv
Gül də Sarkisyanı Türkiyəyə dəvət edəcək gul-sarkisyan-biryerde.jpg Türkiyə prezidenti Abdulla Gülün sentbayrın 6-na planlaşdırılan Ermənistan səfərini hazırlamaq üçün Türkiyə nümayəndə heyəti sabah İrəvana yola düşür. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, heyətə Xarici İşlər Nazirliyinin müşavirinin müavini, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz başçılıq edir. Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən qəbul ediləcək Çeviköz prezident Gülün mesajını ona çatdıracaq və Qafqazdakı gərginliyin aradan qaldırılması üçün yaxşı fürsət yarandığını bildirəcək. Ən yüksək səviyyədə qəbul ediləcək Çeviköz görüş zamanı Ermənistan prezidenti Serj Sarkisyanı Türkiyə-Ermənistan matçının revanş oyunu zamanı Türkiyədə görmək istədiklərini də vurğulayacaq. Qeyd edək ki, Gülün səfərinə hazırlıq tam sürətlə davam etsə də, Türkiyə rəsmiləri hələ də faktı inkar edirlər. Prezident Gül sentyabrın 1-də qəbul zamanı İrəvana gedib-getməyəcəyi ilə bağlı sualı “hələ qərar verməmişik” deyə cavablandırıb. Xarici işlər naziri Əli Babacan da Gülün İrəvana səfəri ilə bağlı qəti qərar qəbul edilmədiyini bəyan edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar