SON XƏBƏRLƏR

Avropa Birliyi Rusiya ilə danışıqları dayandırdı

2021.10.20, 07:36
Avropa Birliyi Rusiya ilə danışıqları dayandırdı

Gunaz.tv
Avropa Birliyi Rusiya ilə danışıqları dayandırdı ab-rus-iclas-tenqid.jpg Avropa Birliyinin dövlət başçıları səviyyəsində fövqəladə sammiti Rusiyanın Abxaziya və Cənubi Osetiyanı dəstəkləməsini sərt tənqid edib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, yekun deklarasiyada digər ölkələrə belə bir addım atmamaqla bağlı müraciət edilib. AB liderləri strateji əməkdaşlıqla bağlı yeni razılaşmanın bağlanması üçün Rusiya ilə danışıqları təxirə salıblar. AB-yə sədrlik edən Fransa prezidenti Nikolya Sarkozi Rusiyanın öz qoşunlarını avqustun 7-nə kimi olan mövqelərə çəkməyincə heç bir danışıq olmayacağını bəyan edib: “Biz Rusiya ilə əməkdaşlıqda maraqlıyıq. AB-yə Rusiya, Rusiyaya isə AB lazımdır. Lakin güc nümayiş etdirildiyi bir şəraitdə dialoq aparmaq çox çətindir. Biz Rusiya ilə əməkdaşlıq, sülh istəyirik. Lakin biz Rusiyadan ayrı-ayrı mövqelərə hörmət, qonşu dövlətlərin ərazi bütövlüyünə riyat edilməsini tələb edirik”. Sarkozi Abxaziya və Cənubi Osetiyanın statusunun BMT sənədlərinə uyğun həll edilməsini istədiklərini də vurğulayıb. AB sammitinin deklarasiyasında Gürcüstanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənib. Sammit bölgədəki Rusiya qoşunlarının beynəlxalq müşahidəçilərlə əvəz edilməsi mexanizminin hazırlanmasının başa çatdırılmasını tələb edərək prosesdə iştirak etməkdə maraqlı olduğunu bəyan edib. Nikolya Sarkozi AB-nin Gürcüstana kömək göstərəcəyini də vurğulayıb: “Biz Gürcüstanın Avropadan kömək gözlədiyini başa düşürük və bu kömək göstəriləcək. O cümlədən maliyyə cəhətdən”. Bundan əlavə, AB Gürcüstanla bağlı Xüsusi nümayəndə postu yaratmaqla bağlı qərar qəbul edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar