SON XƏBƏRLƏR

İnquşetiya Rusiyanın Abxaziyası olacaq

2021.10.20, 07:36
İnquşetiya Rusiyanın Abxaziyası olacaq

Gunaz.tv
İnquşetiya Rusiyanın Abxaziyası olacaq Yerli müxalifət kömək üçün ABŞ və Avropaya müraciət edib İnquş müxalifəti respublikanın Rusiyadan ayrılması üçün dünya ictimaiyyətinə müraciət ünvanlayacağını istisna etmir. Bunu "Exo Moskvı" radiosuna İnquşetiya ümumxalq etiraz mitinqi təşkilat komitəsinin rəhbəri Maqomed Xazbiyev deyib: "Avropa və Amerikadan xahiş etməliyik ki, bizi Rusiyadan ayırsınlar. Əgər biz bu ölkəyə lazım deyiliksə, bundan sonra nə etməyin lazım olduğunu bilirik". İnquşetiya müxalifəti bu bəyanatı fəaliyyəti qadağan olunan müxalifətyönlü "İnquşetiya.ru" saytının sahibi Maqomed Yevloyevin qətlə yetirilməsindən sonra yayıb. Kremlin Qafqazda siyasətini tənqid edən saytın təsisçisinə milis əməkdaşı aeroportda atəş açıb. İnquşetiyanın hüquq-mühafizə orqanlarının versiyasına görə, M.Yevloyev avqustun 31-də milis əməkdaşlarına müqavimət göstərərkən öldürülüb. Moskvadan Nazrana qayıdan Maqomed Yevloyev hava limanından polis işçiləri tərəfindən aparılmışdı. Daxili İşlər Nazirliyinin versiyasına görə, Yevloyev milis işçisinə müqavimət göstərərək təsadüfi atəş nəticəsində gicgahından yaralanıb. Yevloyevin həmkarları baş nahiyəsindən ölümcül xəsarət alan Yevloyevin yolun kənarına atıldığını bildiriblər. Bu arada "Caucasus Times" internet nəşri xəbər verib ki, M.Yevloyevin qətlindən əvvəl İnquşetiyanın tanınmamış xalq parlamenti respublikanın Rusiyadan ayrılması barədə müraciət qəbul edibmiş. Nəşrin digər məlumatına görə, avqustun 30-da axşam "İnquşetiya.ru" saytında məclisin həmin qərarı yerləşdirilib, səhəri gün isə sayt dağıdılıb. Rusiya nəşrlərinin yaydığı məlumata görə, M.Yevloyev İnquşetiya prezidenti Murad Zyazikovla birgə təyyarədə Nazrana gəliblər. Təyyarədə onlar arasında mübahisə düşüb. Onu da qeyd edək ki, müxalifət liderinin öldürülməsi ölkədə vətəndaş müharibəsinin baş verə biləcəyi təhlükəsini yaradıb. Həlak olan müxalifətçinin tərəfdarları artıq qan intiqamı barədə danışmağa başlayıblar. Onlar prezidentlə siyasi mübarizə aparmağın mənasız olduğunu və bu səbəbdən də vətəndaş müharibəsinə başlamağın yeganə yol olduğunu vurğulayıblar. Xatırladaq ki, əvvəllər prokuror və daha sonra vəkil işləyən Maqomed Yevloyevin təsis etdiyi saytda prezident Murat Zyazikov kəskin tənqid edilirdi. Ötən ilin dekabr ayında o, saytın redaktoru vəzifəsini tərk edib. Yevloyev bu addımı onun təhlükəsizliyini nəzərə alan yaxınlarının təkidi nəticəsində atmalı olduğunu bildirmişdi. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar