SON XƏBƏRLƏR

Rusiya-Türkiyə münasibətləri təhlükəli yön alır

2021.10.20, 07:36
Rusiya-Türkiyə münasibətləri təhlükəli yön alır

Gunaz.tv
Rusiya-Türkiyə münasibətləri təhlükəli yön alır Qafqaz uğrunda mübarizənin yeni çalarları Gürcüstan hadisələri ilə başlayan geosiyasi böhran getdikcə daha təhlükəli çalarlar almaqdadır. Faktiki olaraq dünyanın bütün böyük dövlətləri bu prosesə qatılıb. O cümlədən, Rusiya-Türkiyə münasibətlərində ciddi problemlər yaranmaqdadır. Rusiya Türkiyə mallarını bazarına buraxmır.Türk tırları sərhəddə qalıb. Üstəlik Avropadan Rusiyaya daxil olan türk mallarına Rusiya embarqo qoyub. Rusiyanın məhz Türkiyəyə qarşı belə davranması diqqətləri cəkir. Burada bir neçə faktor var ki, nəzərə almaq lazımdır. Türkiyə Qafqaz Birliyi yaratmaq təklifini irəli sürdü. Bu təklifdə Ermənistan da nəzərə alınıb. Rusiya üşün bu, arzuolunan deyil. Çünki Ermənistanın Qərbə meyylənməsi son mərhələyə qədəm qoymuş olur. Türkiyə faktiki olaraq Qafqazın bütün dövlətləri ilə yaxşı münasibət qurmağa yaxınlaşır. Bu da yaxın perspektivdə Rusiyanın Qafqazdan sıxışdırılması deməkdir. Təbii ki, bunu Kremldə bilirlər və Türkiyənin təklifinə sözdə razılıq versələr də, işdə tamam əks məvqe nümayiş etdirirlər. Baxmayaraq ki, xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər etməyə razılıq verib, ortaq nəticənin alınması olduqca mürəkkəb məsələdir. Türkiyə Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri ilə Qafqaz ittifaqı məsələsini müzakirə edib. Hər iki ölkə təklifə müsbət münasibətini bildirib. Rusiya üçün bu, keçərli ola bilərmi? Çətin ki, olsun. Çünki Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımır. Bu şərt daxilində onun Gürcüstanla hər hansı bir ittifaqda olması mümkün deyil. Əksinə, Rusiya diplomatiyası Abxaziya və Güney Osetiyanı tanıya biləcək dövlətlər axtarır. Belarus, Venesuela və “Şanxay Klubu” Rusiyanı dəstəkləyib. Lakin onların heç biri qəti şəkildə tanıma məsələsini qoymurlar. İndi rəsmi Moskva Kollektiv Müdafiə Təşkilatı üzvlərini Kremlə yığır. Onlarla ortaq müdafiə məsələlərini müzakirə edəcək. Müzakirələrdə NATO-nun Qara dəniz ətrafına hərbi güc yığması faktının əsas götürüləcəyi gözlənilir. Çünki NATO üzvləri yekdilliklə hərəkət etdilər və Rusiyaya ultimatum verildi. İndi rəsmi Moskva NATO-ya qarşı yekdil mövqeyi olan güclü hərbi quruma sahib olduğunu nümayiş etdirməlidir. Buna nə dərəcədə nail olacağını zaman göstərəcək. Lakin indidən Türkiyəyə qarşı sərt tədbirlərə keçir. Bu prosesdə Rusiyanın qazancını hesablamaq çox çətindir. Həm Ermənistan, həm də Gürcüstanın durumu faciəvidir. Ermənistan xarici ölkələrdən yardım istəyir. Ona kimlərin əl uzadacağı bəlli deyil. Ermənistan prezidenti Türkiyə ilə ilkin şərt irəli sürmədən əlaqələr qurmağa hazır olduqlarını bəyan edib. Ancaq rəsmi Ankara özünün əsas tələblərindən heç bir halda vaz keçmək fikrində olmadığını bildirib. Ermənistanın israrına baxmayaraq, Türkiyə prezidenti İrəvana getməyəcək. Bu da rəsmi İrəvanı çox pis vəziyyətdə qoyur. Ermənistanın yollarının bağlı qalması davam edərsə, onun daxilində nələrin baş verəcəyini maraqla gözləyirlər. Bunlar Rusiya-Türkiyə münasibətlərinin əslində mürəkkəb faktorlara bağlı olduğunu göstərir. Rusiyanın Türkiyə mallarını almaması onun vəziyyətini çox ağırlaşdıra bilər. Çünki Avropa Birliyinin Rusiyaya embarqo qoymağa hazırlaşdığı deyilir. Bununla rəsmi Moskva faktiki olaraq özünü mühasirəyə salır. Bütün bunların fonunda Şimali Qafqazda atəş səslərinin çoxalması diqqətləri çəkir. Bir-birinin ardınca Kabardin-Balkarda və İnquşetiyada toqquşmalar daş verib. Bir neçə milis həlak olub. Prosesin genişlənməyəcəyinə təminat yoxdur. Beləliklə, Rusiyanın özündə kifayət qədər təhlükəli tendensiyalar başlaya bilər. Qərbin təzyiqləri fonunda bunun mümkün nəticələri üzərində Kremlin düşünməsi faydalı olardı. Qafqazda qan axıdılması təbii ki, heç arzuolunan deyil. Bununla belə döyük güclər bölgəyə həddən çox qüvvə yığmaqdadırlar. Geosiyasi proseslərin məntiqi də göstərir ki, gərginlik artmaqda davam edəcək. Savaşın çıxmaması üçün dünyanın cox çalışması lazım gələcək. Ancaq Rusiyanın Türkiyə ilə münasibətləri soyuq savaş dönəmində olduğu səviyyəyə endirməsi bütün dölgəmiz üçün mənfi təsirlərə malik ola bilər. Bu punktda siyasətçilərin uzaqgörən olması lazımdır. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar