SON XƏBƏRLƏR

Avropa enerji problemini çözməyə çalışır

2021.10.20, 07:36
Avropa enerji problemini çözməyə çalışır

Gunaz.tv
Avropa enerji problemini çözməyə çalışır dogalgazp.jpg Sloveniyanın Bled şəhərində «Enerji və iqlim dəyişkənliyi» adlı üçüncü beynəlxalq starteji forumu öz işinə başlayıb. Gürcüstandakı son hadisələrdən sonra Avropa Birliyi-Xəzər enerji dəhlizi məsələsi müzakir ediləcək. İki gün davam edəcək forumun əsas mövzusu enerji məsələsidir. Belə ki, Gürcüstana Rusiyanın müdaxiləsindən sonra Avropa Birliyi üçün önəm daşıyan Xəzər enerji dəhlizinin təhlükə altında olması Qərbi narahat edir. Sloveniya , Çexiya və Latviyanın baş nazirləri Qafqaz regionunda sülh və sabitliyin bərpası və regionun Avropa Birliyinə inteqrasiyasına tərəfdarıdırlar. Sloveniyanın xarici işlər naziri Dimitri Rupel Rusiyaya qarşı hər hansı bir sanksiyanın tətbiq edilməsinin çıxış yolu olmadığı qənaətindədir. O, münaqişəylə bağlı Avropa Birliyinin yekdil və konkret mövqe bildirəcəyinə ümid etdiyini söyləyib. Onun fikrincə, münaqişə təkcə Gürcüstanı deyil, həmçinin Azərbaycan, Ermənistan və digər ölkələridə əhatə edir. Forum iştirakçıları münaqişənin daha da gərginləşməməsi üçün beynəlxalq içtimaiyyətin məsələyə müdaxiləsinin vacibliyini bildiriblər. Bəzi mütəxəssislər Rusiya ilə Qərb arasında münasibətlərin pisləşməsi nəticəsində soyuq müharibə dövrünə qayıtmaq təhlükəsinin yarana biləcəyini etimal edirlər. Forumda iştirak edən Amerikanın dövlət katibi müavinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Metyu Brayza Avropanın Rusiyadan təbii qaz asıllığının həll edilməsinin vacibliyini bildirib. Beynəlxalq strateji forum öz işini bu gün başa çatdıracaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar