SON XƏBƏRLƏR

Azərbaycandakı dini tolerantlıq... . Cəlal Əzimbəyli: "Bundan sui-istifadə edənlər var"

2021.10.20, 07:36
Azərbaycandakı dini tolerantlıq... . Cəlal Əzimbəyli: "Bundan sui-istifadə edənlər var"

Gunaz.tv
Azərbaycandakı dini tolerantlıq... Cəlal Əzimbəyli: "Bundan sui-istifadə edənlər var" "Əbu-Bəkr" məscidində baş verən partlayışdan sonra prezident İlham Əliyevin məsələni şəxsən nəzarətə götürməsi dindarlar arasında yüksək qarşılandı. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icma rəhbərləri də bu addımı dini tolerantlığın bariz nümunəsi kimi qiymətləndirdilər. Ancaq son günlər ölkənin şimal bölgəsində "Meşə qardaşları" təşkilatı və onun rəhbəri, "Abdulvahab" ləqəbli İlqar Mollaçiyevin törətdikləri hadisələr qarşı tərəfin göstərilən sayğıya qarşılıq vermək niyyətində olmadığını göstərir. "İslam" Təbliğ Xeyriyyə Vəqfinin rəhbəri Seyid Camal Əzimbəyli "OLAYLAR"a verdiyi açıqlamada "Əbu_Bəkr" məscidində baş verən hadisədən sonra dövlətin tutduğu mövqeyi dəstəklədiklərini bildirib. Bu addımla dövlətin dini dözümlülük nümunəsini bir daha ortaya qoyduğunu deyən Əzimbəyli, bəzi məscidlərdə dindarlara qoyulan qadağaların dövlətçilik naminə atılan addım olduğunu vurğulayıb: "Bu tolerantlıqdan istifadə edənlər var. Mən dövlətin bu addımına çıxan şəxsləri canımız-qanımız hesabına qurduğumuz məmləkətin qanunlarına tabe olmağa çağırıram. Əgər kimlərsə, bu dini tolerantlıqdan başqa niyyətlə istifadə etməyə çalışırlarsa, mən bunu inanc hisslərilə bağlamağın tərəfdarı deyiləm". Seyid Camal Əzimbəyli deyib ki, yaranmış vəziyyətdən ajiotaj yaradaraq, beynəlxalq arenada Azərbaycanda dini tolerantlığın pozulması fikrini yaratmağa cəhd göstərmək inanc adamı üçün ayıb bir işdir. Onun sözlərinə görə, əgər kimsə ölkə qanunlarına qarşı addımlar atmaq istəyərsə, ilk olaraq, din adamları bunun qarşısını almalıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar