SON XƏBƏRLƏR

AZƏRBAYCANDA DİNİ SEPARATİZM BAŞ QALDIRA BİLƏRMİ?

2021.10.20, 07:36
AZƏRBAYCANDA DİNİ SEPARATİZM BAŞ QALDIRA BİLƏRMİ?

Gunaz.tv
AZƏRBAYCANDA DİNİ SEPARATİZM BAŞ QALDIRA BİLƏRMİ? Hacı İlqar İbrahimoğlu: “Radikalizm üzərinə qadağalar, zorakılıqlarla yox, qanun və maarifçiliklə getmək olar” 1213.jpg Rusiya ilə Gürcüstan arasında yaşanan qısamüddətli müharibə ərəfəsi və sonra Azərbaycanda da vəziyyətin nəzarətdən çıxacağı barədə fikirlər səslənirdi. Az keçmədi ki, bu cür rəylər öz təsdiqini qismən tapmağa başladı. Məsələn, müharibədən Rusiyanın Qafqazdakı enerji resurslarına “əl qoymaq” üçün istifadə edəcəyi deyilirdi. Artıq rəsmi Moskva bunu açıq bəyan etməkdən çəkinmir. Həmçinin şimal qonşumuzun Azərbaycanda dini zəmində qarşıdurma yarada biləcəyi söylənilirdi. Bəs, bu, nə dərəcədə realdır? Azrbaycanda dini separatizmin yayılma ehtimalı varmı? Suallarla Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğluna müraciət etdik. Hacı İlqar baş verən olaylara regionda və dünyada cərəyan edən hadisələrin kontekstində baxmağı məsləhət gördü: “Mən ümumiyyətlə, bu kimi söhbətləri ciddi saymır, ictimai rəyi ölkənin gerçək problemlərindən yayındırmaq cəhdi kimi qiymətləndirirəm. Azərbaycanda radikalizm və ekstremizm təhlükəsi mövcuddur. Amma bunu doğru-dürüst dəyərləndirib cavabını vermək lazımdır. Təhlükənin yaranma köklərini araşdırmaq zəruridir. Təbii, əsas problem dini maarifçiliyin olmamasıdır. Telekanallarda dini verilişlərə qadağa qoymaqla əslində Azərbaycan insanını dolayısı ilə radikal və ekstremist çevrələrin təbliğat radiusuna salmış olurlar. Odur ki, məsələlərə baxış dəyişməlidir. Radikalizm və ekstremizm üzərinə qadağalar, zorakılıqlarla yox, qanun və maarifçiliklə getmək olar”. Hüquq müdafiəçisinə görə, yaşananlar həm də məmurların qeyri-peşəkarlığından irəli gəlir: “Əlbəttə ki, radikalizm və ekstremizm xəstəliyi var və bu, epidemiya halını almayıb. Məscidə qumbara atılması Azərbaycan üçün xarakterik deyil. Azrbaycan tarixində belə hal olmayıb”. E.QƏDİMOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar