SON XƏBƏRLƏR

Avropa Birliyi... Rusiyaya ciddi sanksiyalar tətbiq edə bilər

2021.10.20, 07:36
Avropa Birliyi... Rusiyaya ciddi sanksiyalar tətbiq edə bilər

Gunaz.tv
Avropa Birliyi... Rusiyaya ciddi sanksiyalar tətbiq edə bilər Artıq Rusiya-Gürcüstan münaqişəsi dünyanın ən başlıca prioritetinə çevrilməkdədir. Sentyabr ayının ilk yarısında Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa Birliyi toplantısında da sözügedən məsələnin müzakirə olunacağı gözlənilir. Politoloq Qabil Hüseynli "OLAYLAR"a verdiyi açıqlamada bildirib ki, iki gün öncə 26 dövlətin iştirakıyla Avropa Birliyinin Zirvə Sammitində də bir daha Rusiyaya müraciət edildi. Rusiya ilə strateji ortaqlıq haqqında fəaliyyət proqramının icrası dayandırıldı: "Üstəlik Fransa prezidenti Nikola Sarkoziyə Rusiya və Gürcüstanla bir daha danışıqlar araparmağa səlahiyyət verildi. Əgər Rusiyaya verilən imkanlar dəyərləndirilməzsə, bu ay yenidən Avropa zirvəsi toplanaraq, Rusiyaya qarşı sanksiyaların forması haqqında qərar çıxarıla bilər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar