SON XƏBƏRLƏR

Rusiya prezidenti erməni həmkarı ilə görüşəcək

2021.10.20, 07:36
Rusiya prezidenti erməni həmkarı ilə görüşəcək

Gunaz.tv
Rusiya prezidenti erməni həmkarı ilə görüşəcək medvedyevi7.jpg Bu gün(2 sentyabr) Soçidə Rusiyanın prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü keçiriləcək. Prezidentlər Soçidə Qafqazda cərəyan edən hadisələri müzakirə edəcəklər. Rusiya informasiya mənbələrinin Kremlə istinadən yaydığı xəbərlərdə deyilir ki, Medvedev Sarkisyana Qafqazdakı duruma verdiyi qiymət barədə məlumat verəcək. Eləcədə ikitərəfli münasibətlər və enerji danışıq predmeti olacaq. Belə ki son günlər ermənistan enerji böhranı içində boğulur və hazırda tərəflər 2009-2011-ci illər ərzində Rusiya qazının Ermənistana gətirilməsi ilə bağlı müqavilə üzərində intensiv olaraq iş aparırlar. Bundan başqa Kremldəki mənbə ehtimal edir ki, Medvedev Sarkisyandan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını da tələb edəcək. Belə ki Erəmnsiatnın 2 separatçı rejimin müstəqililyini tanıması ona əhəmiyyətli dərəcədə müstəsna imkanlar açacaq və bundan ən azı Ermənistan Azərbaycan münaqişəsinin həllində və Gürcüstanın Cavaxetiya ərazisinin Ermənistana birləşdirilməsində istifadə olunacaq. Daha geniş miqyaslı laiyhələr də Rusiya Ermənistan dialoqunun əsasını təşkil edəcək. Xatırladaq ki, artıq bu il Medvedev Sarkisyan arasında 3 dəfə görüş keçirilib. Martın 24-ü və iyunun 24-ü Sarkisyan işgüzar səfərlə Rusiyaya gələrkən və iyunun 6-da Sankt- Peterburqda MDB dövlət başçılarının qeyri formal sammitində görüş baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar