SON XƏBƏRLƏR

BAXÇALIDAN GÜLÜN İRƏVAN SƏFƏRİNƏ KƏSKİN ETİRAZ_Xarici güclərin və erməni lobbisinin təzyiqi ilə atılan bu addım Türkiyəni alçaldır

2021.10.20, 07:36
BAXÇALIDAN GÜLÜN İRƏVAN SƏFƏRİNƏ KƏSKİN ETİRAZ_Xarici güclərin və erməni lobbisinin təzyiqi ilə atılan bu addım Türkiyəni alçaldır

Gunaz.tv
BAXÇALIDAN GÜLÜN İRƏVAN SƏFƏRİNƏ KƏSKİN ETİRAZ “Xarici güclərin və erməni lobbisinin təzyiqi ilə atılan bu addım Türkiyəni alçaldır” 262.jpg Türkiyədə daha bir müxalifət lideri prezident Abdullah Gülün İrəvan səfərinə etiraz edib. Bu məsələ ilə bağlı indiyədək mövqeyini açıqlamayan MHP başqanı Dövlət Baxçalı bəyanat yayaraq səfəri kəskin pisləyib. MHP liderinin adından yayılan yazılı açıqlamada deyilir ki, prezident Abdullah Gül xarici güclərin və erməni lobbisinin təzyiqlərinə boyun əyərək İrəvana gedir. Baxçalı bəyan edib ki, Gülün milli futbol matçı bəhanəsiylə İrəvana getmək hazırlığında olduğu prezidentin adından açıqlama verən baş nazirin də sözlərindən bəlli olur. “Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması yönündəki ən böyük əngəl türk düşmənliyi üzərində qurulan erməni siyasətidir”, - deyə Baxçalı bildirib. Baxçalı daha sonra vurğulayıb ki, prezident Türkiyə Cümhuriyyətini təmsil edir, Türkiyə Cümhuriyyətinin şərəfini qorumaq üçün türk millətinin hüzurunda namusuna and içib. Lakin bu şərtlər altında onun İrəvana getməsi tutduğu yüksək vəzifə və ondan irəli gələn milli məsuliyyət hissi ilə uzlaşmır. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar