İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
İlqar Məmmədli: "Ankara Ermənistana təklif edəcək ki, Qarabağ və Türkiyəyə qarşı iddialarından əl çəksin, bunun əvəzində regional inteqrasiyadan bəhrələnsin" Elxan Şahinoğlu: "Abdulla Gülün səfəriylə Ermənistanın siyasətini dəyişəcəyini gözləmək yersiz olardı" Türkiyə prezidenti Abdulla Gülün ermənistanlı həmkarı Serj Sərkisyanın dəvətini qəbul edərək İrəvana iki ölkənin futbol komandalarının oyununa baxmağa gedəcəyi dəqiqləşib. Baş nazir Rəcəb Tayyib Ərdoğan prezidentin xarici işlər naziri Əli Babacanla birgə Ermənistan paytaxtında olacağı və bir sıra məsələlərin də müzakirə olunacağını söyləyib. Ramiz Mikayıloğlu Əli Babacan isə bildirib ki, bundan öncə İrəvana Xarici İşlər Nazirliyindən bir heyət yollanacaq, "Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması" ideyası və müəyyən məsələlər ətrafında danışıqlar aparılacaq. Ekspertlər bu səfərin Ankara və İrəvan arasında diplomatik əlaqələrin qurulması sahəsində ilk ciddi addım və quru sərhədlərinin açılması yönündə xoş niyyət kimi dəyərləndirirlər. Xatırladaq ki, 14 ildən çoxdur Türkiyə Ermənistanla sərhədlərini bağlayıb, diplomatik əlaqələri kəsib. Səbəb kimi İrəvanın qondarma soyqırımı, Türkiyəyə qarşı ərazi iddiaları və Azərbaycan torpaqlarının işğalı göstərilib. Ermənilər ötən dövr ərzində nə iddialarından geri çəkilib, nə də işğal altındakı Azərbaycan torpaqlarından qoşunlarını çıxarıblar. Bəs Abdulla Gülün bu səfərinin Azərbaycana, yoxsa Ermənistana xeyri olacaq? Politoloq İlqar Məmmədli deyir ki, səfər Azərbaycan üçün xeyirlidir. Çünki Gürcüstan Moskvayla diplomatik əlaqələri kəsəndən sonra Ermənistan Rusiyadan daha da təcrid olunmuş vəziyyətdə qalacaq. Beləliklə, onun gələcək inkişafı yalnız İran sərhəddindən asılı olacaq. Belə bir durumda Ermənistan özünü beynəlxalq aləmə açmaqda maraqlıdır. Türkiyə bu sahədə əhəmiyyətli rol oynaya bilər: "Ankara Ermənistana təklif edə bilər ki, Qarabağ və Türkiyəyə qarşı iddialarından əl çəksin, bunun əvəzində regional inteqrasiyadan bəhrələnsin". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə fərqli düşünür. Onun sözlərinə görə, Abdulla Gülün Ermənistana səfəri elə bir divident gətirməyəcək. İrəvan Türkiyə prezidentinin bir səfəriylə "soyqırım" sərsəmələrindən, qardaş ölkəyə qarşı ərazi iddiaları və Azərbaycan torpaqlarının işğalından geri çəkilən deyil: "Abdulla Gülün səfəriylə Ermənistanın siyasətini dəyişəcəyini gözləmək yersiz olardı". Elxan Şahinoğlunun fikrincə, ola bilsin Ankara bu səfər sonucunda İrəvanda dialoq üçün zəmin yaranacağını və Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması ideyasının hərəkətə gələ biləcəyini düşünür. Amma bəllidir ki, Ermənistan özbaşına siyasət yürütmür, İrəvanda Moskvanın idarə etdiyi rejim mövcuddur. Rusiya Qafqazda bir başqasının lider olmasını, Ermənistanın da əldən getməsini istəməz. "Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması" ideyasının hərəkətə gətirilməsi bölgədə Türkiyənin rolunu artıra bilər. Bölgədə Tükiyənin rolu artarsa, haqqında söhbət gedən üç şərt də yerinə yetirilərsə, Ankara İrəvan münasibətləri normallaşar. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirdi ki, belə olan halda Ermənistanda rus hərbi bazalarına ehtiyac olub-olmadığı məsələsi gündəmə gələr: "Məncə, bu səbəblərdən Rusiya Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasını arzulamaz. Ankara "Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması" ideyasını ortaya atanda Moskva sanki buna müsbət yanaşmışdı. Hətta prezident Dmitri Medvedyev xarici işlər naziri Sergey Lavrova tapşırdı ki, bu məsələylə məşğul olsun. Amma Moskva separatçı rejimləri-Cənubi Osetiya və Abxaziyanı tanıdı və bununla da faktiki Ankaranın ideyasına böyük bir zərbə vurdu. Bütün bunları nəzərə alaraq, mən düşünmürəm ki, Moskva İrəvanla Ankaranın münasibətlərinin yaxşılaşmasına imkan versin. Ona görə yuxarıda da vurğuladığım kimi, Abdulla Gülün səfərinin ciddi nəticə verəcəyinə inanmıram". Elxan Şahinoğlu Serj Sərkisyanın dəvət ünvanlamaqla sanki topu Türkiyə tərəfinə atdığını söylədi. Ona görə də Ankarada yəqin ki, topu Ermənistana atmaq barədə düşünürlər. Yəni səfərdə nəticə əldə olunmazsa da, məsuliyyət İrəvanın üstündə qalsın. Belə görünür ki, bu səfərin gerçəkləşməsi üçün Ankara gərgin əmək sərf edib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda olub, xarici işlər naziri Elmar Məmmədyarov bu ölkəyə çağrılıb: "Yəqin ki, Bakının səfərə etiraz etməməsi üçün razılığı alınıb. Elmar Mmmədyarov da deyib ki, Abdulla Gülün Ermənistana gedib-getməməsi onun öz işidir. Gözləyək, görək futbol yarışına dəvətlə nə isə dəyişəcəkmi?". Onun qənaətincə, bu səfər Türkiyənin Ermənistanla quru sərhədlərinin açılmasına da yol aça bilər. Çünki faktiki hava nəqliyyatı sahəsində əməkdaşlıq var. Ermənistan vətəndaşlarına Türkiyədə çalışmaq icazəsi də verilir: "Ola bilsin ki, Ankara sərhədlərin açılmasını da gündəmə gətirsin. Məncə, Ankarada bəzi dairələr fikirləşir ki, Ermənistanla əlaqələri artırsalar, İrəvan qondarma soyqırım, ərazi iddiaları və Azərbaycan torpaqlarının işğalından çəkinər. Yəni Ermənistanı Türkiyə və Azərbaycanla normal əməkdaşlığa sürükləyə bilər. Amma mən belə olacağını düşünmürəm. İqtisadi məqam əsas götürülürsə, vaxtilə Bakı-Tiflis-Ceyhan kəmərinin Ermənistandan çəkilməsi məsələsi gündəmdə idi və bu, İrəvana böyük dividentlər vəd edirdi. Amma İrəvan bundan imtina etdi, işğalçı siyasətindən əl çəkmədi. İndi Ermənistanın bu işğalçı siyasətindən əl çəkəcəyi ağlabatan deyil. Yəqin ki, Ankarada fərqli düşünənlərin mövqeyi üstünlük qazanıb və buna görə də Abdulla Gül İrəvana getmək qərarı verib". xalqcebhesi
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb