SON XƏBƏRLƏR

GÜNEYdə Yunus Oğuzun kitabı çap olunub

2021.10.20, 07:36
GÜNEYdə Yunus Oğuzun kitabı çap olunub

Gunaz.tv
Yunus Oğuzun kitabı çap olunub "Türkün tarixinə yeni bir baxış"ın bütün nüsxələri satılıb Türkoloq-alim Yunus Oğuzun "Türkün tarixinə yeni bir baxış" kitabı Güney Azərbaycanda əski əlifbada çap olunub. Əsər əski əlifbaya tanınmış hərəkatçı Cəfər Pəştu tərəfindən uyğunlaşdırılıb. 2000 tirajla çap olunmuş kitabın bütün nüsxələri Tehran və Təbrizin kitab mağazalarında satılıb. Kitabın Güneydə nəşrini tanınmış hərəkatçılardan biri təşkil edib. ("OLAYLAR"İA) ---------------------------------------------------------------------------- ÇEYNİ BAKIDA İKİ GÜN OLACAQ ABŞ-ın Azərbaycandakı səfirliyindən «Turan» agentliyinə verilən məlumata görə, vitse-prezident Riçard Çeyni Bakıda iki gün olacaq: sentyabrın 3-4-də. Səfirliyin məlumatına görə, Çeyni Azərbaycan prezidenti İlham Əliyev və onun xarici siyasət komandası ilə görüş keçirəcək. Vitse-prezident Azərbaycanla strateji tərəfdaşlıq, o cümlədən təhlükəsizlik, iqtisadi və enerji sahəsində əməkdaşlıq məsələlərini, regionda aparılan siyasi və iqtisadi islahatları müzakirə edəcək. Regionda cərəyan edən son hadisələr, eyni zamanda Gürcüstana beynəlxalq dəstək verilməsi cəhdləri də müzakirə mövzusu olacaq. Çeyni Azərbaycandan Gürcüstana gedəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar