SON XƏBƏRLƏR

Medvedyevin 5 prinsipi

2021.10.20, 07:36
Medvedyevin 5 prinsipi

Gunaz.tv
Medvedyevin 5 prinsipi "Kim bizə nə etsə, adekvat şəkildə cavab verəcəyik. Lazım gələrsə, bəzi ölkələrə diplomatik və ya iqtisadi sanksiyalar da tətbiq edə bilərik. Bütün qərarların tək bir ölkə tərəfindən verildiyi dünya düzəninə qarşıyıq. Və bir daha təkrar edirik: kimsə bizimlə hədə, ultimatum, barmaq silkələməklə danışmasın. Bunun zərəri çox ağır ola bilər". Rusiya prezidenti Dmitri Medvedyev bildirib ki, rəhbərlik etdiyi ölkənin xarici siyasəti bundan sonra beş əsas prinsipə əsaslanacaq. "Əvvəla, Rusiya beynəlxalq hüququn bütün əsas norma və əsas prinsiplərini tanıyır. İkincisi - dünya çoxqütblü olmalıdır, birqütblü dünya anlayışını qətiyyən qəbul etmirik. Yçüncüsü, Rusiya heç bir ölkə ilə qarşıdurma arzulamır. Özümüzü təcrid etmək fikrində deyilik. ABŞ və Avropa ölkələri ilə münasibətlərimizi mümkün olan qədər inkişaf etdirməyə çalışacağıq. Xarici siyasət kursumuzun dördüncü prinsipi harada yaşamasından asılı olmayaraq Rusiya vətəndaşlarının həyat və ləyaqətinin müdafiəsi, onların təhlükəsizliyinin təminatıdır. Ölkə sərhədlərindən kənarda fəaliyyət göstərən iş adamlarımızın maraqları ilə mənafelərini mümkün olan bütün vasitələrlə müdafiə edəcəyik. Və ən nəhayət, Rusiyanın dünyanın bir çox regionlarında öz maraqları var. Həmin bölgələrdə bizə dost ölkələr yerləşir. Buna görə də o dövlətlərlə münasibət və əlaqələri son dərəcədə konkret, dəqiq və səmimi quracağıq", - ORT, RTR və NTV telekanallarına verdiyi müsahibəsində D.Medvedyev deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar