SON XƏBƏRLƏR

Rusiyasız Minsk qrupu... Moskvanın iştirakı olmadan Qarabağ probleminin həlli mümkündürmü?

2021.10.20, 07:36
Rusiyasız Minsk qrupu... Moskvanın iştirakı olmadan Qarabağ probleminin həlli mümkündürmü?

Gunaz.tv
Rusiyasız Minsk qrupu... Moskvanın iştirakı olmadan Qarabağ probleminin həlli mümkündürmü? Xəbər verdiyimiz kimi, Hadson Araşdırmalar Mərkəzinin Avrasiya proqramının rəhbəri Zeyno Baran bildirib ki, Amerika və Avropa Qarabağ problemini "Rusiyasız daha aktiv həll edə bilər". Ekspert Qərblə Rusiyanın gərginləşən münasibətləri fonunda ATƏT-in Minsk qrupunun və həmsədrlik institunun dağılacağını qaçılmaz sayır, ən azından Rusiya ilə Amerikanın Minsk qrupuna birgə həmsədrliyini mümkünsüz hesab edir:"Fərqli mərhələnin başlanacağını gözləyirik. Çünki Gürcüstandakı proseslər, Amerika və NATO-nun Rusiya ilə gərginləşən münasibətlərindən sonra Minsk prosesinin davam etməsi mümkün deyil". İrəvan isə Minsk qrupunu Rusiyasız təsəvvür etmir. "Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədirliyindən çıxması bizə sərf etmir," -deyə Ermənistan parlamentinin vitse-spikeri Qrayr Karapetyan söyləyib. Azərbaycan politoloqları Rusiyanın Minsk qrupundan çıxarılmasına müsbət yanaşsalar da, indiki situasiyada bunu mümkünsüz sayırlar. Zeyno Baranın Azərbaycan haqqında verdiyi bəyənatların 99%-nin yanlış olduğunu deyən politoloq Cümşüd Nuriyevə görə, Azərbaycanın hazırda tutduğu mövqe çox düzgündür:"Rusiyasız Qarabağ münaqişəsini həll etmək mümkün deyil. Gürcüstan bunun ən bariz nümunəsidir. Tiflisin uğursuz cəhdinin ağır nəticələri ortadadır." Artıq ikiqütblü dünyanın formalaşmağa başladığını deyən C.Nuriyev belə bir situasiyada "Rusiyasız Minsk qrupu" ideyasının ortaya atılmasının "qorxulu" olduğunu söyləyir."Biz nə Rusiyanın yanında, nə də Amerikanın yanında olmalıyıq. Çünki hər ikisinə yaxınlaşsaq, yanacaq, uzaqlaşsaq, donacağıq". C. Nuriyev,ümumiyyətlə, məsələnin beynəlxalq təşkitlatların öhdəsinə verilməsini düzgün hesab etmir:"Xalq Cəhbəsi hakimiyyətinin ən böyük səhvi Qarabağ münaqişəsini beynəlmiləlləşdirməsi və ATƏT-in öhdəminə verməsi idi. Əgər BMT 60 ildir Fələstin-İsrail münaqişəsini həll etməyibsə, ATƏT də 16 ildir Qarabağ məsələsini həll etməyib və edə bilməyəcək". Qarabağın əvəzinə Rusiya ilə hərbi-siyasi itifaqa getməyə gəlincə isə, Nuriyev bunu uğurlu və mümkün variant hesab etmir. "Azərbaycan Belarus yolunu seçə bilməz. Qərbin Azərbaycanda 27 milyard dollarlıq investiyası var. Bunun arxasında onların iqtisadi-siyasi maraqları var. Hətta MDB üzv olanda Azərbaycan təşkilatın nizamnaməsinə xüsusi protokl ilə qoşuldu. Həmin protokola əsasən Bakı MDB Nizamnaməsinin 6-cı maddəsinin kollektiv təhlükəsizlik, sərhədlərin birgə müdafiəsi, vahid kömrük rejimi və hava hücumundan birgə müdafiə sisteminə aid bölmələrinə qoşulmayıb. İnanmıram ki, bu məsələlər gündəmə gətirilsin". Politoloq Qabil Hüseynli də "Ekspress"in əməkdaşı ilə söhbətində Qarabağ münaqişəsinin Rusiyasız həll edilməsini praktiki cəhətdən mümkün saymır:"Ermənistan ərazisində rus hərbi bazası movcud olması, o cümlədən İrəvan hökumətinə siyasi təzyiqi olduğu bir vaxta bu ideyanın həyata keçirilməci çox çətindir". Q.Hüseynli Zeyno Baranın açıqlamasında Rusiyanın gec-tez Cənubi Qafqazdan çıxarılıcağını nəzərdə tutduğunu deyir: "Məncə bu proses tezliklə baş verəcək. Qərb də Ermənistanda müəyyən dəyişiklik həyata keçirməyə başlayacaq. Elə Türkiyənin təklifi də buna hesablanıb". Z.Baranın "Gürcüstana təcavüzdən sonra Rusiya ilə Minsk qrupunda birgə fəaliyyəti mümkünsüz görsənir" fikrini xatırladan politoloq münaqişənin həllində yeni mərhələnin başlayacağını söyləyir: "Hesab edirəm ki, Amerika yeni format üzərində işləyir. Baranın bu təklifi səsləndirməsi buna əsaslanır". Q.Hüseynli hesab edir ki, regiondan Rusiyanı çıxarmadan Qarabağ münaqişəsini həll etmək mümkün deyil: "İndiyə qədər Qarabağ münaqişəsinin həllində əsas maneə Rusiyadır. Bizim üçün məqbul olmayan həll variantlarını da Moskva irəli sürüb". Xatırladaq ki, Zeyno Baran ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın həyat yoldaşıdır. Bu baxımdan Vaşinqton administrasiyasına yaxın olan bir ekspert kimi Zeyno xanım Ağ Evin "mətbəx"ində nələrin bişirilməsi barədə şübhəsiz ki, çox şey bilir. Lakin hələlik nə Bakıda və İrəvanda, nə də ki, ABŞ və ya digər həmsədr ölkədə - Rusiya ilə əlaqələrini gərginləşdirmək istəyəmək Fransada Moskvanın ATƏT-in Minsk qrupu formatından çıxacağına dair bir işarə var. Situasiyanın belə konstatasiya etmək olar: Rusiya ilə Qərb arasında münasibətlər gərginləşir və bunun daha da kəskinləşməsi Minsk qrupunun imkanlarının tükənməsi, Qarabağ danışıqlarının dalana pərçim olunmasına aparacaq. Hərçənd ki, bu danışıqlar çoxdandır ki, dalandır. Və bu işin çıxmaza girməsində münaqişə tərəfləri ilə yanaşı, həmsədr ölkələrin də payı az deyil... Bəkir Nərimanoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar