SON XƏBƏRLƏR

İran ordusu, milli hərəkət və bayraq məsələsi.Güntay Gəncalp

2021.10.20, 07:36
İran ordusu, milli hərəkət və bayraq məsələsi.Güntay Gəncalp

Gunaz.tv
Güntay Gəncalp İran ordusu, milli hərəkət və bayraq məsələsi Soyuq savaşın ən qızqın dönəmlərində İran mühitində ordunun içində güclü türk-fars qarşıdurması var idi. Ordunun içində dolaşan bu qarşıdurmanın arxasında farsların minillik ədəbiyatı varkən, türklərin heç bir şeyi yox idi. Yəni orduda əsgərələr bir-birini təhqir edərkən farsların yüzlərcə beyt əzbər bildikləri şeir və məsxərə edici sözləri var idi və var. Bu şeirlər, bu aşağılayıcı sözlər yüz illər boyunca türkləri aşağılayaraq geniş təcrübə qazanmışdır. İran ordusunda ən avara bir fars belə, bir türkü harda, hansi durumda təhqir edəcəyini yaxşı bilir. Hətta bir çox türk də farsların bu psixoloji təbliğatlarına yenik düşüb və öz-özünü aşağılamağa başlar! Modernitə bizim yardımımıza gəldi və bizim də insan olduğumuzu, farsların dediyi kimi aşağılıq bir məxluq olmadığımızı bizə anlatdı. Bu gün milli hərəkət dediyimiz olay da əslində modernitənin və modern insan haqlarının gətirilərindən başqa bir şey deyildir. Bəzən “bu hərəkətin kökü çox uzağa gedir, Səttarxandan....” kimi sözlər eşidirik. Bunlar şüardan başqa bir şey deyil. Yəni əgər bir hərəkətin kökü 100 illik bir tarixə uzanır və hələ də o millət qurtarmayıbsa, o zaman gerçəkdən də bu millətin ağlında bir əksiklik var deməkdir. Gerçək olan budur ki, bu hərəkətin tarixi yoxdur. Bu hərəkət qeyri-tarixidir və özü-özlüyündə bir tarixdir. Tarixi özündən başlayır. Yeni bir tarix. Bu hərəkətin tarixi modernitə bilgisinin Güney Azərbaycan əhalisinin zehnində dalğalanması ilə başlamışdır. Bir çox etkənlər (amillər) olsa da əsas etkən modernitədir. Qələbəyə aparan yol da modernitənin yönləndirməsi ilə olacaqdır. Heç bir millət qurtuluş savaşında öz tarixindən yardım ala bilməmişdir. Qurtuluş savaşının bir oxu da tarixə qarşı tuşlanmış və tarixdən qopuş cəhdi olmuşdur. Qurtuluş savaşlarının bir amacı da əslində tarixi qurtarmaqdır. Öz içində və öz qaranlığında burxulub qalmış tarixi aydınlığa qovuşdurmaqdır. Milli hərəkət hər şeydən öncə bir aydınlanma sürəcidir. Bu nə deməkdir? Yəni tarixdə bir aydınlıq olmadığı üçün yeni bir tarixə, aydın və açıq topluma ehtiyac var, deməkdir. İran ordusunda dəyişik görəvlərdə bulunanlar bilirlər ki, bu sistemin içində türklər necə aşağılanırlar. İran-İraq savaşında türklərə savaş aləti əşya kimi baxır, bu şəkildə də istifadə edirdi fars milliyətçiliyi. Heç bir aydınlanma tarixi olmayan və min ildən artıq farsın siyasi və ideoloji hədəfləri yolunda savaşıb və sonunda bu böyük coğrafiyanı düşüncəsizcə farsa təslim edən türklər də əşya kimi kullanılmağı qəbul etmişdi bu savaşda. Qaranlıq bir keçmişdən gələn “şəhadət”, “cənnət” uğruna türk kəndlərinin, şəhərlərinin qəbristanlıqları fars bayraqları ilə bəzəndi. Hər bir “şəhid”in məzarı üstündə bir fars bayrağı. Beyinlərdə fars niyətləri, qəbristanlıqlarda fars bayraqları dalğalandı. Modernitə bu duruma “dur!” demiş və bizlərə heysiyət qazandırmaq istəmişdir. Çünkü heysiyətsiz toplumlar modern dünyanın bir parçası ola bilməzlər. Modernitə dalğaları beynimizi sardıqca köləlik duyğuları içimizdən çıxmağa başlayır və biz uzun bir tarix yuxusundan gərnəşə-gərnəşə ayılırıq, dərin bir qaranlıqdan aydınlığa çıxmaq istəyirik. Ulusal plandakı aydınlanma və ayılma bilgi planına daşındıqca İran ordusunun içindəki fars-türk qarşıdurması artıq fərqli tarixi oratama daşınmaqdadır. Ulusal oyanış dediyimizdə istər-istəməz İran ordusuda fərqli görəvlərdə bulunan yüz minlərcə türk də bu aydınlanma sürəcinin içində yer almaqdadır. Bütün qurtuluş savaşlarının əsas aydınlatıcı və lider kadrları ordunun içindən çıxmışdır. Bismark da, Mustafa Kamal da hərbçi idi. Anlaşılan budur ki, Güney Azərbaycan Milli Hərəkətini son amacına çatdıracaq enerji ve lider kadrlar da ordunun içindən çıxacaqdır. Toplumun içində yayqın olan bu həyəcan və ulusal doğrultuda bilgilənmə də o fatehlərin zühuru üçün hazırlıqdan başqa bir şey deyildir. Quzey Azərbaycan örnəyi özəlliklə göstərdi ki, kriz dönəmlərində hərbi təcrübəsi və təşkilatçılığı olmayan liderlər başarılı ola bilmirlər. Bütün sovet zamanından yalnız bir lider çıxdı: Cövhər Dudayev. Çünkü o həm ulusçu, həm də hərbçi idi. Onun məğlubiyətinin səbəbi isə Çeçənlərin kəmiyət baxımından az olmaları idi. Məsələn Tataristandan belə bir lider çıxsa idi, durum başqa cür ola bilərdi. Əgər İran ordusundakı türklər də bu işə qatılacaqsa, o zaman bu bayraq məsələsini mübarizənin qızğın vaxtına buraxmaq lazımdır. Bayraqlar mübarizənin içindən doğar. O bayraq da zamanında doğacaq və tam türklüyümüzü təmsil edəcək. Nədənsə bu gün bir çox bayraq çıxarıb və həm də hamısını da Quzeyin bayrağına bənzədirlər? Nədən Quzeyinkinə bənzədirlər? Çünkü Quzeyin bayrağının arxasında duran ideya dayazlığından xəbərsidirlər. 1991-ci ildə bu bayrağı dəyişdirib ulusal kimliyə tam olaraq açıq olan liderlər yetişmədi. Olayı tarixilik bağlamında dəyərləndirə bilməyib və hissiyatla yozan bir çox insan böyük bir yanılqı içinə girərərk mütləqa bizim bayrağımız da Quzeyin bayrağına bənzəməlidir düşüncəsi içindədir. Bu isə Quzey Azərbaycandakı yanlış bilgilərdən, yanlış yozumlardan xəbərsizlikdən qaynaqlanmaqdadır. Oysa Güney Azərbaycanda tam zamanında orataya çıxacaq olan bayraq əvvəla bu bayrağa bənzəməməlidir, bütünü ilə ulusçuluğu çağrışdırmalıdır. İkinci olaraq da Güney Azərbaycanda böyük bir mübarizənin və fədakarlığın içindən doğacaq olan bu bayraq uzaq gələcəkdə Bütöv Azərbaycanın bayrağı olmalıdır. Nədən belə zənn edirlər ki, Güneyin qurtuluş nüsxəsi Quzeydəki yanlış bilgilərin içində saxlıdır? Quzey Azərbaycankı yanlış bilgiləri oratadan qaldırmaq da Güney Azərbaycan Milli Hərəkətinin tarixi vəzifəsindən və səlahiyətlərindən biridir. Çünkü ora da bizim vətənimizdir. Vətənimiz olan oranı da uzaq gələcəkdə dini istibdadın təhlükəsindən qorumalıyıq. O üzdən də geniş fələsfi bilginin, böyük iqtisadi, mədəni inqilabın nəticəsi kimi mərhələ-mərhələ yaranacaq olan bütöv Azərbaycanın heç bir simgəsində dinçiliyə və fanatizmə yol verilməməlidir. Bu gün bizə lazım olan ən önəmli ehtiyac ulusal bayrağın millətin qəlbində və düşüncəsində yüksəlməsidir. Mənada və düşüncədə yüksəlmiş olan bu bayrağı maddi plana daşımaq bir o qədər də çətin iş olmayacaqdır. Maddi plana, yəni şəhərlərə daşınacaq olan bu bayraq Güney Azərbaycanın öz tarixi- fikri statusundan doğacaqdır. Arxasında böyük ulusal güc duracaq olan bu bayrağı bütün dünyada qəbul etmək zorunda qalacaqdır. Bu gün İran mühitində hələlik bayrağımızla deyil, kitablarımızla, bilgilərimizlə, qələmimizlə zühur etməliyik. Bizim bayraqsızlığımız deyə bir problemimiz yoxdur. Problem düşüncə məsələsidir. azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar