SON XƏBƏRLƏR

Qüzey Qıbrıs

2021.10.20, 07:36
Qüzey Qıbrıs

Gunaz.tv
Qüzey Qıbrıs 688-ci ildə Dəməşqdəki ərəb xəlifəsi Əbdül Maliklə Bizans imperatoru II Yustinian arasında müqavilə imzalananda Kipr adasının önəmi bilinmişdi. Həmin müqaviləyə görə, adada heç bir ölkənin qoşunları olmamalı, Kiprdən əldə edilən gəlir isə bizanslılarla ərəblər arasında bərabər bölünməliydi. Beləcə, Kiprin kənar dövlətlər tərəfindən idarə olunmasıyla bağlı ilk presedent yarandı. Amma bizanslılar sonra müqavilənin şərtlərini pozduqlarına görə 743, 806 və 912-ci illərdə ərəblər Kiprə girmişdilər. Antiox hökmdarı Şatiyonlu Rene, anqlosaks kralı Şir Yrəkli Riçard, frank cəngavər ordeni Luzinyanlar, venesiyalılar - onları 1571-ci ildə Kipr Osmanlı Türkiyəsinine əlinə keçənədək adada hökmran olmuşdular. Kipr 1960-cı ildə dövlət müstəqilliyini əldən edəndən 1974-cü ildə baş nazir Bülənd Ecevidin göstərişi ilə adadakı türkləri yunan soyqırımından qurtarmaq məqsədilə qoşun yeridilənədək çaxnaşmış, 1983-cü ildə Qüzey Qıbrıs Türk Cümhuriyyəti yaranana qədər vurnuxmuşdu. İndi də çaxnaşır, indi də vurnuxur. Kıbrıs Cümhuriyyəti yaranandan ta Mehmet Əli Tələtin dönəminədək qıbrıslı türklərin milli-azadlıq savaşına, var olma uğrunda mücadiləsinə rəhbərlik etmiş Rauf Denktaş indi fəal siyasətdən kənara çəkilib. Kıbrısın prezidenti Mehmet Əli Tələt isə Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) təlimatlarını yerinə yetirərək təslimçi siyasət yeridir. Tələt ilk qıbrıslı türkdür ki, "Kipr adasında vahid idarəçilik və vahid prezident" ideyasını qəbul edib. Tələt ilk türkdür ki, Qüzey Qıbrıs barədə "Kiprin əyaləti" kəlmələrini işlədib. BMT-nin sabiq baş katibi Kofi Annanın Kipr problematikasının həllinə yönəlmiş planında da yunanlarla türklər arasında ikiyə bölünən, cənubunda Kipr, şimalında Kıbrıs olan adanın birləşməsi, qıbrıslı türklərə isə "əyalət sakinləri" statusunun verilməsi nəzərdə tutulur. Qıbrısın baş naziri Soyerin müavini və XİN başçısı Turqay Avçı bu barədə danışmaqdan qətiyyətlə boyun qaçırsa da, "dil çaşar, düzünü deyər" ifadəsinin gerçəkliyini bir daha sübut edərək dünən söyləyib: "Qüzey Kıbrısın tanınması və bizə qarşı tətbiq edilən blokada ilə sanksiyaların aradan qaldırılması kompleks şəkildə həll oluna bilməz. Bundan sonra inad etməyimizin mənası yoxdur. Dünya qloballaşır, dövlətlər arasında sərhədlər qalxır. Qərbin bizə təklif etdiyi variantları məncə, qəbul etməliyik". Kiprin XİN başçısı Markos Kipriyanunun da bu barədə dedikləri yetərincə maraqlıdır: "Kiprin şimalındakı separatçı rejim artıq yolun sonundadır. Tanrıya şükürlər olsun ki, Ankarada ayıq başlı, məntiqli, Avropa Birliyinə inteqrasiya olmaq istəyən iqtidar var və bu iqtidarın başında da hörmətli prezident Abdulla Güllə danışıqlar aparmaqdan həzz aldığımız Rəcəb Tayyib Ərdoğan durur. Onlar vahid Kipr ideyasını dəstəkləyirlər". Türkiyədəki AKP iqtidarı hakimiyyətini möhkəmlətmək, Avropa Birliyinə üzv olmaq kimi idefiksi gerçəkləşdirmək üçün AB-nin Ankara qarşısında qoyduğu əsas şərt olan Qüzey Qıbrıs problemini Brüsselin ssenarisi ilə həllinə hələlik üstüörtülü razılıq verib. Bu barədə Qıbrısın prezidenti Mehmet Əli Tələtə də müvafiq təlimatlar yollanıb. Fəqət Ərdoğan və Tələt anlamamış deyillər ki, Yunanıstanın qıbrıslı türklərin adadan bütünlüklə çıxarılıb yox edilməsini nəzərdə tutan "Akritas" planı ilə Kiprin bütünlüklə yunanlaşdırılması strategiyası olan "Enosis" hələ də qüvvədədir. Kiprin yeni prezidenti Dmitri Xristofias da iyulun 1-də Tələtlə görüşündə buna işarə vurub, "yunanların maraqları tam təmin olunmalıdır" deyib. ABŞ da artıq Kipr problematikasında bütünlüklə yunanların tərəfini tutub və burada təəccüblü heç nə yoxdur. Türkiyədəki AKP iqtidarının milli və türkçülük məsələlərində necə də "soyuq", eyni zamanda itaətkar davranması və Vaşinqtondan gələn göstərişlərə büsbütün əməl etməsi Birləşmiş Ştatları daha da cəsarətləndirir. Məhz bunun səbəbidir ki, BMT baş katibinin yardımçısı Linn Pasko "danışıqlarda ABŞ amilinin rolu sürətlə artır" deyir. Avropa Birliyinin üzvü olan yunan Kipri qıbrıslı türklərin lideri Mehmet Əli Tələtdən artıq tam əmindir. Bunu mən yox, Kiprin prezidenti Dimitrius Xristofias Avropa Birliyi və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin Nikosiyadakı səfirləri ilə görüşündə söyləyib: "Tələtlə bağlı narahat olmayın: bu iş mənlikdir. Siz Ankara ilə bağlı problemlərimizi həll edin". Və ən başlıcası - Türkiyənin xarici işlər naziri Əli Babacan Yunanıstan XİN-nin başçısı Dora Bakoyanni ilə görüşdən sonra "Tələtin arxasındayıq, onu dəstəkləyirik" deyir. Türkiyə prezidenti Abdulla Gül, sonra da Türkiyə Böyük Millət Məclisinin spikeri Köksal Toptan isə "danışıqlarda qıbrıslı türklərin mövqeyini Mehmet Əli Tələt çox doğru ifadə edir" söyləyirlər. Ola bilər ki, Tələt kimlərinsə mövqeyini yaxşı qoruyur və tapşırılan görəvi əla yerinə yetirir. Fəqət həmin mövqe qıbrıslı türklərin deyil, görəv də Qüzey Qıbrısı qorumaq sayılmaz. Ən azı ona görə ki, BMT-nin baş katibi Pan Gi Munun srağagün yunan Kiprinin prezidenti D.Xristifisla görüşünün və bu görüşdə yunan liderin "adanın ikiyə bölünməsinə ən yaxın vaxtlarda son qoymaq gərəkdir" deməsinin ertəsi günü Mehmet Əli Tələt "biz yunanlarla işbirliyinə hazırıq, amma onların mövqeyi bəlli deyil" kimi absurd bəyanatla çıxış etməzdi. Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar