SON XƏBƏRLƏR

Qaz dalınca cüt-cüt gəlirlər... _Corc Buşun elçisi Bakıda "Nabucco"nu, Kondaliza Raysın köməkçisi isə "Qazprom"un təkliflərini müzakirə edir

2021.10.20, 07:36
Qaz dalınca cüt-cüt gəlirlər... _Corc Buşun elçisi Bakıda "Nabucco"nu, Kondaliza Raysın köməkçisi isə "Qazprom"un təkliflərini müzakirə edir

Gunaz.tv
Qaz dalınca cüt-cüt gəlirlər... Corc Buşun elçisi Bakıda "Nabucco"nu, Kondaliza Raysın köməkçisi isə "Qazprom"un təkliflərini müzakirə edir ABŞ diplomatiyasının enerji məsələləri üzrə məsul iki vacib şəxsi - Buş administrasiyasının Avrasiya enerji siyasəti üzrə xüsusi elçisi Boyden Qrey və dövlət katibinin köməkçisi Stiven Mənn iki gündür ki, Bakıda enerji sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, həm də qlobal məsələləri müzakirə edirlər. Bu barədə "Ekspress"ə diplomatik mənbələr bildiriblər. Buşun nümayəndəsi artıq Bakını tərk edib, Raysın köməkçisi isə hələ danışıqları davam etdirir. B.Qreyin "qovluğunda"kı əsas məsələnin "Nabucco" olduğu bildirilirsə, S.Mənnin Azərbaycan rəsmiləri ilə müzakirələrinin gündəliyi daha genişdir. O, Rusiyanın "Qazprom" şirkətinin bu yaxınlarda Azərbaycan qazına müştəri çıxması da daxil olmaqla müxtəlif çeşidli mövzuları da müzakirə edir. Mənbənin bildirdiyinə görə, Raysın köməkçisi bu gün Bakıdan birbaşa Moskvaya gedəcək. Çox güman ki, S.Mənn yuxarıdakı məsələlərin hər biri üzrə Bakının arqumentlərini, xüsusilə də Moskvaya verilən cavabları öyrənmək istəyir. Belə ki, ayyarım əvvəl o və B.Qrey, eləcə də dövlət katibinin digər müavini Metyu Brayza Bakıda bu məsələləri detalları ilə müzakirə etmişdilər. Lakin həmin görüşdən sonra baş verənlər, xüsusilə də son günlərin hadisələri - Rusiyadan Bakıya ardı-ardına səfərlər, Azərbaycan rəsmilərinin şübhəli açıqlamaları qaz məsələsində Bakının qarşısında "bəzi çətin sualların durduğu" barədə gümanlara yol açıb. "B.Qrey kimi S.Mənnin də xarici ziyarətlərini adətən tanışlıq yox, konkret qərarların qəbuluna hesablanır. Onların səfəri adi müzakirələrdən savayı, hansısa dəqiqləşdirmə və ya tövsiyələrin verilməsi ilə də əlamətdar ola bilər. Mübaliğəsiz demək olar ki, onlar indi Bakıya cavab dalınca gəliblər", - diplomatik mənbə bildirir. ABŞ-ın Bakıdakı səfirliyi isə diqqəti buna yönəldir ki, ölkələrarası yüksək təmaslar həmişə olduğu kimi, "ümumi münasibətlər çərçivəsində" gerçəkləşir. Konkret olaraq, son səfərlər bir məsələni müzakirəsi xarakteri daşımır, belə ki, münasibətlər çoxtərəfli və genişdir". Vaşinqton "yoldan çıxmamağa" çağırır Bakıya gəlməzdən əvvəl ABŞ saytlarından birində dərc etdiyi məqalədə S.Mənn etiraf edib ki, Vaşinqton Azərbaycana Avropa üçün alternativ qaz tədarükçüsü kimi baxır: "Azərbaycan Avropa üçün strateji cəhətdən mühüm alternativ təbii qaz tədarükçüsüdür". Raysın köməkçisinin sözlərinə görə, "Azərbaycanın yanacaq resursları Cənubi və Mərkəzi Avropanı Türkiyə vasitəsilə Xəzər dənizi ilə birləşdirən yeni nəsil boru kəmərlərinin işə salınması və bəlkə də, tam doldurulması üçün kifayət qədər" olmalıdır: "Bununla belə, bizim Avropa müttəfiqlərimizin bəziləri inhisarçı nəqliyyat sisteminə və qapalı investisiya iqliminə real alternativlər əldə edəcəkdər". Bu sözlərdən belə bir nəticə çıxarmaq olar ki, "alternativ sistem" dedikdə S.Mənn Rusiyanı nəzərdə tutub. O daha sonra bildirib ki, enerji layihələrinin reallaşmasında Bakı öz "təcrübəsini" Türkmənistan və Qazaxıstanın də ixrac etməlidir, baxmayaraq ki, onun özünün təbirincə, mövcud olan enerji xətləri Cənub və Orta Avropanı yanacaq inhisarından azad etməyə yetərincə imkan verəcək: "Bu kəmərlər bizim Avropadakı bəzi müttəfiqlərimizi qaz nəqlində mövcud olan inhisardan və qapalı investisiya mühitindən xilas edə bilər. Enerji resurslarının istismarı, nəqli, bu sahədə inhisarçı sistemin aradan qaldırılması korrupsiyanın səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Azərbaycan neft və qazla zəngin digər ölkələrin səhvlərini təkrarlamamalıdır". Heç hənanın yeridir? Gizli deyil ki, enerji və digər maraqları baxımından iqtisadi əməkdaşlıq məsələsi son illər ABŞ-ın Azərbaycanla bağlı siyasətində önə çıxıb. Hər halda, Vaşinqton bu kanaldan əldə etdiyi siqnallara digərlərinə nisbətən daha həssas yanaşır. Buna baxmayaraq, son vaxtlar Azərbaycanda ABŞ-ın siyasətinə münasibətdə müxtəlif yanaşmalar mövcuddur. Bir qrup tənqidçilər, məsələn müxalifət düşərgəsində iddia edirlər ki, Vaşinqton demokratiyanı "təhlükəsizlik və neftə qurban" verir. Hakimiyyət nümayəndələri isə əksinə, hesab edir ki, enerji əməkdaşlığı strateji məsələ olmaqla digər səviyyələrdə də dialoqun səmimiliyini artırır. "Vaşinqton heç bir ölkədə qaydaları diktə etmir, əks halda, o, keçmiş Sovetlər Birliyinin təkrarı olardı", - kulislərdə belə deyirlər. Bir sıra təhlilçilərə görə, Vaşinqton hazırda "dilemma" ilə qarşılaşıb. Çünki, məsələn Cənubi Qafqaz və Orta Asiyada Qərbin məqsədlərindən biri də Rusiyanın ətraf çevrəsindən onun təsirini neytrallaşdırmaqdır. Aydın məsələdir ki, "Nabucco" qaz kəmərinin reallaşması üçün təkcə Türkiyə ilə yox, həm də Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlər lazımdır. Qazaxıstan və Türkmənistan hökumətləri ilə də ABŞ-ın dostluğu olmalıdır ki, qaz Rusiya ilə yox, Azərbaycan ərazisi ilə getsin. Bununla yanaşı, ABŞ-ın enerji məsələsi ilə əlaqədar Bakıya diplomatarını iki-iki göndərməsi ölkədəki müxtəlif qüvvələri, ən çox müxalifət düşüncəli siyasətçiləri qıcıqlandırır. Onlar hesab edirlər ki, Vaşinqton bölgədə nüfuzuna görə mühüm söz sahibi kimi, ölkə üçün böyük maraq təşkil edən məsələləri, məsələn seçkilər və təhlükəsizlik mövzusunu da bu səviyyədə qaldıra bilərdi. O isə bunun əvəzində konkret perspektivi və yeri olmayan bir məsələni bu cür böyük diqqətlə razılaşdırmaq istəyir. "Yəqin ki, Azərbaycanla razılaşdırılmalı olan hansısa qaz anlaşması Bakının bu sahədə müəyyən güzəştlərə getməsini nəzərdə tuta bilər. Amma doğrudanmı, indi Vaşinqton üçün bu anlaşma hava-su kimi vacib olub?" - deyə Bakıdakı politoloqlar sual edirlər. "Bu üç səbəbdən yaxşı deyil, - bu mövqenin tərəfdarları fikirlərini belə əsaslandırırlar, - birincisi, "Nabucco" təkcə Azərbaycandan asılı deyil, başqa regionlara da aiddir və məsələn, Aşqabadı cəlb etməmiş bugün üçün heç bir praktik xeyri yoxdur, ikincisi, bu dialoq seçkilər ərəfəsində aparıldığı üçün Vaşintonu demokratiya məsələsində Bakı ilə üz-üzə qoyur, üçüncüsü Amerikanın regional maraqlarını da təhlükə altında qoyur". "Artıq aydındır ki, Azərbaycan hələ onillərlə Avropanın qaz təminatçısı kimi rolunu təmin edə bilir. Əgər Bakı-Tiflis-Ərzurum kəmərinin ixrac gücü ilkin mərhələdə ildə 20 milyard kubmetr hesablanıbsa, Azərbaycanda yeni tapılan qaz yataqlarının da potensialına nəzər saldıqda bunu deməyə əsas verir", - bunu politoloq Hikmət Hacızadə deyir. Eyni zamanda, onun fikrincə, vəziyyət uzun müddət belə davam edə bilməz, belə ki, "demokratiya da heç vaxt susmur". Digər tərəfdən, ekspertlər deyirlər ki, ABŞ hər hansı dövləti öz "qaz orbitinə" çəkməyə çalışırsa, bunun üçün başqa təminatlar da verilməlidir. Belə təminat isə məsələn, Azərbaycanda təhlükəsizlik və siyasi sabitliyin qoruyub saxlanması ola bilər. Belə ki, ABŞ məsələn, cəbhə istiqamətində atəşkəsin uzunmüddətli qorunacağına, habelə qarşıdakı seçiklərin səs-küysüz keçəcəyinə, nəticələrə təsir gücündə olmayan pozuntulara göz yumacağına vəd ola bilər. Lakin belə bir addımların atılması üçün ən münasib vaxt hadisələrin bilavasitə baş verdiyi vaxtdır. Təkcə, vəd götürmək də hələ yetərli deyil. Məsələn, 2006-cı ildə Buş administrasiyası Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulması hallarının səngiməsi üçün tərəflərdən vəd ala bilmişdi. Bu həftə oradan daha bir atışma xəbəri gəlib. Dünya təəccüblə gözlərini döyür... "Yaxşı əgər, ABŞ üçün enerji bu qədər maraqlıdırsa, seçkilərə ayrılmış 3,2 milyon dollarlıq vəsaitin nə xeyri?" - bunu da Hikmət Hacızadə soruşur. O ki qaldı Rusiyanın enerdi layihələrinin reallaşması zamanı bölgədən baypass edilməsinə, ekspertlər buna o qədər də nikbin yanaşmırlar. Əlbəttə, yuxarıdakı mövzulardan hansı ilə bağlı ümumi anlaşma olacağını bəribaşdan demək çətindir. Ancaq mənbənin gümanına görə, çətin ki, Azərbaycan rəsmiləri bir səfərlə Vaşinqtonun bütün istəklərinə cavab verə. Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar