Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
"Rəsmi Bakı diplomatik oyuna girişərək indi "yox" deməyib, danışıqlar aparılmasıyla razılaşsa da, bir müddət sonra "Qazprom"a rədd cavabı verəcək" Azərbaycanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevi müşayiət edən "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millerə istinadən "APA" Azərbaycan təbii qazının Rusiyaya satışına dair danışıqlar haqda razılıq əldə olunduğu barədə məlumat yayıb. Aleksey Millər alınacaq qazın həcmi və qiyməti barədə məlumat verməyərək bildirib ki, "Qazprom" maksimum həcmdə və bazar qiymətləri əsasında Azərbaycan qazını almağa hazırdır. Qeyd edək ki, "Qazprom" bu ilin iyununda Azərbaycan qazını almaq niyyətini rəsmi Bakıya çatdırmışdı. Ramiz Mikayıloğlu Ötən gün isə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko səfərlə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanacaq bəyannamə qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək. Sergey Prixodko Rusiya prezidentinin azərbaycanlı həmkarıyla görüşündə enerji resurslarının nəqliylə bağlı birgə layihələrin həyata keçirilməsi məsələlərini də müzakirə edəcəyini vurğulayıb. Onun sözlərinə görə, yanacaq-energetika sahəsində əməkdaşlığın dərinləşməsilə bağlı maraqlı perspektivlər gözlənilir: "Enerji resurslarının nəqli ilə bağlı məsələ ənənəvi olaraq danışıqlarda "iştirak edir". Sergey Prixodko bildirib ki, Bakı-Tiflis-Ceyhan neft kəməri Moskvada xoş ovqat yaratmasa da, Rusiyanın bu layihəyə etirazı yoxdur: "Onlar digər enerji dəhlizlərini də inkişaf etdirmək istəyirlər. Bu bağlamda da, marşrutların müəyyənləşdirilməsilə əlaqədar enerji əməkdaşlığı müzakirə olunacaq".Mətbuat nümayəndələrinin Rusiyanın iştirakı ilə yeni enerji marşrutlarının mümkünlüyünə Prixodko təsdiqləyici cavab verib. Sergey Prixodko Rusiya prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyevin görüşü zamanı Xəzər dənizinin beynəlxalq-hüquqi statusu və dənizdə təhlükəsizliyin təmin olunması məsələsinin müzakirə ediləcəyini də vurbulayıb. Onun sözlərinə görə, bu məsələnin müzakirəsi Xəzəryanı ölkələrin dövlət başçılarının cari ildə Bakıda keçiriləcək 3-cü sammitinə hazırlıq kontekstində aparılacaq. Sergey Prixodko Dmitri Medvedevlə İlham Əliyevin görüşündə İran probleminə toxunulacağını istisna etməyib və bu ölkədə çoxsaylı Azərbaycan diasporunun olduğunu xatırladıb: "Azərbaycan prezidentinin bu məsələyə baxışı bizim üçün maraqlıdır". Köməkçinin sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də fikir mübadiləsi aparacaqlar. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Rusiya bölgədəki qaz bazarına nəzarət etmək istəyir. Hazırda "Qazprom" türkmən, özbək qazını Avropa bazarlarına daşıyır. Rus şirkəti bu siyasətini Azərbaycanda da reallaşdırmaq istəyir. Ancaq o da məlumdur ki, Azərbaycan həm özünün, həm də Tüurkmənistanın qaz resurslarının ərazisi üzərindən Avropa bazarlarına daşınmasına çalışır. Əslində Bakı bu sahədə Moskvayla rəqabət aparır: "Bakı üçün təklif yararsızdır. Bizə sərf etməz ki, öz qazımızı və Orta Asiya qazını təzədən Rusiyaya sataq. Əksinə, Bakı Avropa Birliyi və Ankarayla ona görə danışıqlar aparır ki, Avropa ölkələrinin alternativ enerji mənbələri olsun. Qazımızı Rusiyaya satacaqdıqsa, "Nabucco" nəyə lazım idi?! Düşünürəm ki, Bakı da bu diplomatik oyuna girişərək indi "yox" deməyib, danışıqlar aparılmasıyla razılaşsa da, bir müddət sonra "Qazprom"a rədd cavabı verəcək". Ekspert vurğuladı ki, Azərbaycan üçün qazı Türkiyə üzərindən Avropaya satmaq daha sərfəlidir: "Qazımızı tək Türkiyəyə deyil, Türkiyə üzərindən Yunanıstana, "Nabucco" layihəsiylə Şərqi Avropa ölkələrinə, İtaliyaya satacağıq. Əlverişli olmasaydı, bu qədər vəsait ayrılıb boru xətləri inşa edilməzdi. Bu, çox önəmli bir bazardır. Onu da xatırladım ki, İsrailin naziri Bakıda olarkən dedi ki, onlar da Azərbaycanın neft və qazını almaq istəyirlər". Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın qaz resursları elə nəhəng səviyyədə də deyil ki, biz Türkiyə və Avropa Birliyi ilə yanaşı Rusiyaya da sataq: "Digər tərəfdən, Türkmənistanın Azərbaycan üzərindən Avropaya qaz satmaq niyyəti olsa da, bu layihə hələ reallaşmayıb. Ona görə də Azərbaycan üçün ən cəlbedici bazar Türkiyə və Avropa Birliydir". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinə görə, Azərbaycan hökuməti danışıqları mümkün qədər uzadacaq: "Moskvaya "yox" deyilsə də, Azərbaycanın hər hansı təzyiqlə üzləşməsi real deyil. Çünki keçən əsrin 90-cı illərinin ortası deyil ki, Rusiya hər hansı vasitəylə Azərbaycana güclü təzyiq göstərsin. Azərbaycan alternativ yollarla enerji resursları hesabına milyardlarla dollar gəlir qazanır, Rusiyadan aslılığı aradan qalxıb. Belədə Moskvıa Bakıya necə təzyiq edə bilər? Əksinə, Avropa Birliyinin Rusiyadan qaz aslılığını azaltmaq üçün Birlik, o cümlədən ABŞ və Türkiyə Azərbaycana dəstəkləri artırmalıdırlar. Onlar da bunu başa düşürlər. Rusiyada da anlayırlar ki, Bakıya təzyiq mümkünsüzdür. Belə təklifi ortaya atmaqla diplomatik yollarla Azərbaycanı yola gətirməyə çalışırlar. Azərbaycan isə bu istiqamətdə öz gələcəyini, inkişafını Qərb və Qərb şirkətləriylə bağlayıb. Ümumi baxıldıqda, Azərbaycanla Rusiya enerji bazarında rəqibdirlər. "Qazprom"un da təklifi ondan irəli gəlir ki, Rusiya bu bazarda Azərbaycanı sıxışdırmaq istəyir. Rəqiblərin bir-birinin təklifinə asanlıqla razılaşması çətin olardı ". Elxan bəy onu da dedi ki, Vladimir Putin xarici siyasətə daha çox maraq göstərib, NATO-ya, ABŞ-a yönəlik kəskin açıqlamalar verib. Ancaq Dmitri Medvedyev daha çox iqtisadi layihələrə maraq göstərən prezident kimi diqqət çəkir. Baş nazirin müavini olarkən də Vladimir Putin ona iri iqtisadi layihələri tapşırıb və onları uğurla həyata keçirdiyinə görə sələfi kimi onu seçib. Doğrudur, arada bir NATO-yla, ABŞ-la bağlı müəyyən kəskin fikirlər söyləməyə çalışır, ancaq görünür ki, təhlükəsizlik məsələləriylə bağlı Rusiya prezidentinin fikirləri hələ sistemləşməyib. Ona görə Dmitri Medvedeyin Azərbaycana səfəri zamanı da əsasən iqtisadi məsələlərə diqqət yetirəcəyi öncədən gözlənilib: "Dmitri Medvedyevin köməkçisi Dağlıq Qarabağ məsələsindən, İran ətrafında yaranmış vəziyyətdən danışılacağını da söyləyib. Ancaq Dağlıq Qarabağ məsələsi ətrafında elə bir irəliləyiş yoxdur ki, Rusiya prezidenti ona saatlarla vaxt ayırsın. ATƏT-in Minsk qrupunun həmsədri Yuri Merzlyakov da danışıqlarda geriləmə qeydə alındığını söyləmişdi. Geriləmə varsa, Dmitri Medvedyev danışıqlara hansı yenilikləri gətirəcək? Sözsüz ki, danışıqlarda yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanın ixrac qazının alınması kimi iqtisadi məsələlər ağırlıq qazanacaq. Şimal nəqliyyat dəhlizi, İrandan dəmir yolunun çəkilməsiylə bağlı da danışıqlarda razılıq əldə oluna bilər". İran məsələsinə gəlincə, ekspert Rusiya və Azərbaycan prezidenti arasında bu yöndə nələrin müzakirə olunacağını proqnozlaşdırmağın çətin olduğunu söyləyir: "Çünki İran ətrafında yaranan situasiyada əsas oyunçu ABŞ-dır". xalqcebhesi
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu