SON XƏBƏRLƏR

AŞ PA sədrini dəhşətə gətirən soyqırım faktı

2021.10.20, 07:36
AŞ PA sədrini dəhşətə gətirən soyqırım faktı

Gunaz.tv
mezarliqquba.jpg AŞ PA sədrini dəhşətə gətirən soyqırım faktı Oqtay Əsədov: "Qubada aşkarlanan kütləvi məzarlığın tədqiqiqə əcnəbi arxeoloqlar cəlb olunmalıdır" Milli Məclisin sədri Oqtay Əsədov Qubada aşkarlanan kütləvi məzarlığın, bu soyqırım faktının dünyada tanıdılmasını vacib sayır. Milli Məclisin yaz sessiyasının sonuncu iclasında spiker bildirdi ki, indiyə qədər bu məsələnin araşdırılması ilə yalnız yerli tarixçilər və arxeoloqlar məşğul olublar. O hesab edir ki, məzarlığın araşdırılmasına beynəlxalq səviyyəli əcnəbi arxeoloqlar cəlb olunmalıdır. Spiker xatırlatdı ki, iyulun 3-də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puiglə birlikdə Qubada aşkar olunan məzarlığa baş çəkiblər və məzarlıq qonağı dəhşətə gətirib. Rəvan "Mən təəssüf edirəm ki, Azərbaycanda fəaliyyət göstərən səfirlər Qubaya gedən zaman aşkarlanan kütləvi məzarlığa baş çəkmirlər. Deyirlər ki, bizim səfər protokolunda bu yoxdur. Bu məsələ də protokola salınmılıdır". Oqtay Əsədov Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudova da tapşırdı ki, Qubada aşkarlanan məzarlığa beynəlxalq səviyyəli arxeoloqların cəlb edilməsi və oradakı işlərin ciddi şəkildə araşdırılması üçün sənəd hazırlasın. Xatırladaq ki, AŞ PA sədri 1918-ci ildə daşkanların azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarından biri olan Qubadakı kütləvi məzarlığına baş çəkdikdən sonra jurnalistlərə açıqlama verib. Luis Mariya de Puig bildirib ki, məzarlıqda tapılan insan qalıqları dəhşətli soyqırımın nəticəsidir: "Mən bunu kimin törətdiyini deyə bilmərəm. Amma bu, dəhşətli soyqırımdır və insanların vəhşicəsinə öldürüldüyünü öz gözlərimlə gördüm. Bununla bağlı AŞ PA-da fəaliyyət göstərən xüsusi komissiyaya məlumat verəcəm ki, bu əraziyə baxış keçirsinlər". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar