SON XƏBƏRLƏR

26 İL ƏVVƏL LİVANDAN ÖLÜM XƏBƏRİ GƏLMİŞ İRANLI DİPLOMATLARIN SAĞ OLDUĞU BİLDİRİLİR

2021.10.20, 07:36
26 İL ƏVVƏL LİVANDAN ÖLÜM XƏBƏRİ GƏLMİŞ İRANLI DİPLOMATLARIN SAĞ OLDUĞU BİLDİRİLİR

Gunaz.tv
26 İL ƏVVƏL LİVANDAN ÖLÜM XƏBƏRİ GƏLMİŞ İRANLI DİPLOMATLARIN SAĞ OLDUĞU BİLDİRİLİR İranın Livandakı səfirliyi bəyanat yayaraq 1982-ci ildə bu ölkədə oğurlanmış 4 İran vətəndaşının - diplomatlar Möhsün Musəvi, Əhməd Mütəvəsseliyan, Taqı Rəstigar Müqəddəm və fotoqraf Kazım Əxəvanın İsrail zindanlarında saxlandıqlarını bildirib. Məlumata görə, 26 il qabaq Livanın silahlı xristian qruplarından biri bu şəxsləri öldürdüyünü açıqlayıbmış. «Media forum» saytı xəbər verir ki, dünən yayılan bəyanatda İran səfirliyi İsrail zindanlarından azadlığa buraxılmış livanlı məhbuslara istinadla iranlı diplomatların hələ sağ olduğu qənaətinə gəlindiyini vurğulayıb. İranın Livandakı səfirliyinin rəsmisi Muctaba Firdovsipur da jurnalistlərə açıqlamasında 26 il əvvəl ölüm xəbəri gəlmiş iranlıların sağ olduqlarını deyib. İran səfirliyininin bəyanatında bildirilir ki, əsirlərin qarşılıqlı dəyişdirilməsi barədə İsrail hökuməti ilə Livan «Hizbullah»ı arasında imzalanmış sazişə görə, İsrail iranlı diplomatlar barədə də məlumat vermək öhdəliyi götürüb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar