SON XƏBƏRLƏR

İrandan nümayəndə heyəti gələcək

2021.10.20, 07:36
İrandan nümayəndə heyəti gələcək

Gunaz.tv
İrandan nümayəndə heyəti gələcək İyulun 19-da İran nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun "OLAYLAR"İA-ya verdiyi məlumata görə, İran nümayəndə heyətinə bu ölkənin Qərbi Azərbaycan vilayətinin Bədən Tərbiyəsi İdarəsinin rəisi Ağamolla Əhmədi rəhbərlik edəcək: "Səfər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Urmiya şəhər Bədən Tərbiyyəsi və İdman İdarəsi arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən həyata keçiriləcək. İran nümayəndə heyəti səfər çərçivəsində Gənclər və İdman Nazirliyi, BŞGİBİ və digər qurumlarda görüşlər keçirəcək, həmçinin bir sıra idman qurğuları və komplekslərə baxış keçirəcəklər". Raqif Abbasov səfər çərçivəsində ikitərəfli əməkdaşlıq sahəsində müzakirələrin aparılacağını deyib. Qeyd edək ki, sözügedən əməkdaşlıq sazişi çərçivəsində iki ölkənin idmançıları arasında ötən dövr ərzində bir sıra yoldaşlıq görüşləri keçirilib. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar