SON XƏBƏRLƏR

“Tercuman“ qəzetinin baş redaktoru və daha 3 nəfər sərbəst buraxılıb

2021.10.20, 07:36
“Tercuman“ qəzetinin baş redaktoru və daha 3 nəfər sərbəst buraxılıb

Gunaz.tv
“Tercuman“ qəzetinin baş redaktoru və daha 3 nəfər sərbəst buraxılıb 20080704105143_1.jpg Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunmuş “Tercuman“ qəzetinin baş redaktoru Üfüq Böyükçələbi sərbəst buraxılıb. Üfüq Böyükçələbi, Siyami Yalçın, Murad Avar və Həmzə Dəmir iyulun 4-nə keçən gecə prokurorlar tərəfindən ifadələri alındıqdan sonra “Ergenekon terror təşkilatının üzvü olmaq” ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün İstanbul növbətçi 13-cü Ağır Cəza Məhkəməsinə göndərilib. Ancaq məhkəmə bu şəxslərin həbsdə qalmasına lüzum görməyib və onları azad edib. Xatırladaq ki, polis tərəfindən həbs olunarkən Ü. Böyükçələbinin əlləri qandallanmışdı. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar