Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Dmitri Medvedyev: "Hər iki ölkə üçün faydalı olan iri layihələrin maddiləşməsi üçün səylərimizi əsirgəməyəcəyik" "Biz çox şadıq ki, Rusiya prezidenti Dmitri Medvedyev özünün ilk rəsmi səfərlərindən birini bizim ölkəmizə edib. Biz bunu dostluq əlaməti kimi, ölkələrimiz arasında strateyi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirdiyimiz münasibətlərin yüksək səviyyəsinin ifadəsi kimi qiymətləndiririk". Bu fikirləri prezident İlham Əliyev Bakıda "Gülüstan" sarayında Dmitri Medvedyevin şərəfinə təşkil edilən rəsmi qəbulda çıxış edərkən bildirib. Azərbaycan prezidenti bildirib ki, iki ölkənin xalqları arasında münasibətlərin çoxəsrlik tarixi var. Xalqlarımız yüzilliklər boyu sülh, dostluq, əməkdaşlıq şəraitində yaşamış, həmişə fəal qarşılıqlı əlaqə saxlayıblar: "Çox xoşdur ki, Sovet İttifaqı dağılandan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər, xüsusən indiki mərhələdə, 2000-ci illərdən başlayaraq çox dinamik, konstruktiv şəkildə inkişaf edir. Bu əlaqələr səmimi, mehriban qonşuluq və dostluq münasibətlərinə əsaslanır. Bugünkü səfər buna parlaq sübutdur. Bu gün biz ikitərəfli maraq doğuran məsələləri müzakirə etdik, əvvəlki uğurlarımızı təhlil etdik. Əlbəttə, münasibətlərin perspektivlərini müzakirə etdik ki, bu da çox əhəmiyyətli məqamdır. Xüsusən ona görə ki, Azərbaycan və Rusiya Xəzər dənizi regionunda və Qafqaz regionunda baş verən proseslərə təsir göstərən ölkələrdir. Ona görə də regionda gələcəkdə yaranacaq vəziyyət ölkələrimiz arasında səmimi qarşılıqlı əlaqələrdən, səylərimizi əlaqələndirməkdən, təhlükəsizliyin möhkəmləndirilməsi naminə fəal işləməkdən, əməkdaşlıqdan, iqtisadi və humanitar inkişafdan çox asılı olacaq". Azərbaycan prezidenti vurğulayıb ki, kifayət qədər geniş əhatəli münasibətlərin gündəliyinin bütün bəndləri üzrə tam anlaşma var, yanaşmalar eynidir: "Başa düşürük ki, bizim münasibətlərimiz indiyə qədər olduğu kimi, bundan sonra da səmərəli və dinamik inkişaf etməlidir". İlham Əliyev bildirib ki, həmkarı ilə müzakirə edilən mövzular arasında regional təhlükəsizlik, regional əməkdaşlıq, eneryi təhlükəsizliyi məsələləri, energetika sahəsində əməkdaşlıqla bağlı mövcud layihələr, gələcək üçün potensial layihələr var. Bunlar iki ölkələni daha sıx birləşdirəcək və qarşılıqlı əmtəə dövriyyəsini daha da artırmağa, nəqliyyat, kommunikasiyalar, texnologiyalar, təhsil və humanitar sahədə əməkdaşlığı genişləndirməyə imkan verəcək: "Bu gün praktik olaraq bütün istiqamətlər üzrə qazanılan uğurlar təhlil olunub və gələcəyə aparan yollar müəyyən edilib, dialoqun intensivləşdirilməsi və bütün planlarımızın sürətlə həyata keçirilməsi barədə müvafiq strukturlara konkret tapşırıqlar verilib". Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər kifayət qədər çoxsahəlidir. "Lakin mən humanitar sahədə əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Şübhə yoxdur ki, əmtəə dövriyyəsi artır, biz yeni sahələri əhatə edən qarşılıqlı əməkdaşlığın potensialını genişləndiririk. Lakin ölkələrimiz arasında gələcək münasibətlərin əsasını, müstəqil Azərbaycan və müstəqil Rusiya şəraitində böyüyən və püxtələşən gələcək nəsillərin formalaşdıracağı münasibətlərin əsasını əlbəttə, humanitar sahə təşkil edəcək. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq başqa ölkələr üçün nümunə sayıla bilər. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox qayğıkeş münasibət bəsləyirlər" - deyən prezident əlavə edib ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır: "Biz bunu regionda şəraitin tarixi inkişaf amili kimi qiymətləndiririk. Eyni zamanda, elə bir amil hesab edirik ki, müstəqillik əldə olunduqdan sonrakı 17 ildə ölkəmizdə elə vəziyyət yaranıb ki, burada yaşayan bütün millətlərin nümayəndələri özlərini rahat, sərbəst hiss edir, bir böyük ailə kimi dolanırlar. Ölkəmizdə millətlərarası sülh və konfessiyalararası dialoq bizim uğurlu inkişafımızın əsasıdır. Heç şübhəsiz ki, Qafqazda ən böyük icma və Azərbaycanda yaşayan icmalardan ən böyüyü olan rus icması bu baxımdan çox mühüm rol oynayır. Azərbaycanda rus teatrı tikilir, Moskva Dövlət Universitetinin filialı yaradılır, tədrisin rus dilində aparıldığı 300-dən çox məktəb fəaliyyət göstərir, rus dilində çoxsaylı, Sovet İttifaqı dövründə olduğundan daha çox qəzet çıxır. Mən bunları təkcə əldə edilmiş uğurları bir daha vurğulamaq üçün deyil, həm də ölkələrimiz arasında münasibətlərin ruhunu bir daha ifadə etmək üçün deyirəm". İlham Əliyev onu da bildirib ki, iki ölkə arasında qarşılıqlı iqtisadi münasibətlər, siyasi dialoq, neft-qaz, nəqliyyat və s. sahələrdə konkret layihələr ola bilər: "Ümumiyyətlə, bu istiqamətdə səylərin artmasını müşahidə edirik və gələcəkdə bu səyləri artırmaq ümidindəyik. Lakin mən hesab edirəm ki, xalqlarımızın mənəvi yaxınlığı, səmimi münasibətlər, qonşuluq münasibətləri heç də az əhəmiyyəti olmayan amillərdir. Hər şeydən əlavə, Rusiya və Azərbaycan həm də qonşu ölkələrdir. Qonşular arasında münasibətlər heç də arzu edilən kimi olmur. Biz bunu öz regionumuzun və daha geniş coğrafi məkanın tarixindən bilirik. İndiki halda mən hesab edirəm ki, ölkələrimizin münasibətləri qonşular arasında, böyük ölkə ilə coşğun inkişaf edən ölkə arasında, vaxtilə bir dövlətdə yaşamış və hazırda iki müstəqil dövlət kimi öz münasibətlərini dostluq, mehriban qonşuluq, qarşılıqlı kömək, qarşılıqlı dəstək və hüquq bərabərliyi əsasında quran ölkələr arasında münasibətlərə nümunə ola bilər". Azərbaycan prezidenti həmkarının səfərinin nəticələrini çox yüksək qiymətləndirib. Dmitri Medvedyev isə bəyan edib ki, Azərbaycanda səfərdə olmaq onun üçün çox xoşdur. Bunun müxtəlif səbəbləri var. "Lakin ilk növbədə ona görə ki, biz buraya dostlarımızın yanına qonaq gəlmişik və bugünkü danışıqlar, bugünkü görüşlər də bizim əməkdaşlığımızın nə qədər dinamik, nə qədər əsaslı olduğunu göstərdi. Sizi rəqəmlərlə, danışıqların yekunları barədə faktlarla yormaq istəmirəm. Hərçənd, mənim fikrimcə, bu danışıqlar özləri hər şeyi göstərdi. Bu danışıqlar bir-biri ilə çox sıx əlaqə saxlayan, bütün istiqamətlərdə - həm energetika, həm sənaye, həm də sosial-humanitar istiqamətlərdə birgə işləyən iki dövlət arasında danışıqlardır. Əlbəttə, bütün bunlar ölkələrimizin son illərdəki inkişafının nəticələridir. Zənnimcə, biz hələ çox iş görməliyik. Xüsusən ona görə ki, bir sıra layihələr həqiqətən gələcəyə istiqamətlənib. Biz hər iki ölkə üçün faydalı olan iri layihələrin maddiləşməsi üçün, onların xalqlarımıza, dövlətlərimizin mənafelərinə xidmət etməsi üçün səylərimizi əsirgəməyəcəyik" - deyən Rusiya prezidenti vurğulayıb ki, dünya inkişaf edir və onun problemləri azalmır: "Buna görə də mən belə hesab edirəm ki, bizim müntəzəm əlaqələrimiz, ən mürəkkəb beynəlxalq məsələləri, postsovet məkanında mövcud olan məsələləri, mürəkkəb dövlətlərarası problemləri müzakirə etməyimiz yalnız işin xeyrinədir. Bugünkü dialoq bunu növbəti dəfə nümayiş etdirdi". Rusiya prezidenti bildirib ki, İlham Əliyevlə demək olar ki, bütün beynəlxalq problemləri gözdən keçirib, həm uzaq xaricdə, həm də postsovet məkanında münasibətlərin necə qurulması barədə danışıb. "Biz demək olar ki, bütün beynəlxalq məsələlərə dair fikir mübadiləsi etdik və bu göstərdi ki, bütün məsələlərə münasibətdə mövqelərimiz eynidir. Bu, çox yaxşı haldır. Hesab edirəm ki, bu, gələcək üçün çox yaxşı, möhkəm təməldir. Mən o fikirlə də tam razıyam ki, iqtisadiyyatdan əlavə insanlar arasında əlaqələr, humanitar qarşılıqlı münasibətlər də çox vacibdir. Əlbəttə, bu mənada Azərbaycan başqa dillərə, tarixən həqiqətən millətlərarası ünsiyyət dili olmuş rus dilinə qayğıkeş münasibət göstərilməsinin nümunəsidir. Mədəni dialoqun inkişafı, tədrisin rus dilində aparıldığı məktəblər şəbəkəsinin genişləndirilməsi, universitetlərin, o cümlədən Moskva Universitetinin filialının açılması - bütün bunlar məhz bu istiqamətdə atılan addımlardır və biz bunu çox yüksək qiymətləndiririk. Tərəfdaşlıq bundan sonra da bu şəkildə davam etdirilsə, o, son dövrdə bizi vaxtilə birləşdirən vahid dövlətin əsasında yaranmış dövlətlərin inkişafının real nümunəsi olacaq". Dmitri Medvedyev onu da qeyd edib ki, Azərbaycandakı vəziyyət konfessiyalararası dialoqun və vətəndaş sülhünün gözəl nümunəsidir. Onu da bildirək ki, ötən gün Dmitri Medvedyevin Azərbaycana rəsmi səfəri başa çatıb. Rusiya prezidentini baş nazir Artur Rasizadə və digər rəsmi şəxslər yola salıblar. Elman BABAYEV kaspi
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu