Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Abxaziya problemi ətrafında sülh işartıları görünür?! Tbilisi və Moskva bu məsələdə qarşılıqlı loyallıq nümayiş etdirirlər Abxaziya ətrafında Rusiya və Gürcüstan arasında olan münaqişə yaxın vaxtlarda öz həllini tapa bilər. Rusiya prezidenti Dmitri Medvedevin bəyanatları və yerli qəzetlərin məlumatları belə deməyə əsas verir. Belə ki, D.Medvedev ötən həftə keçirilmiş Rusiya–AB sammitində bildirib ki, özünü müstəqil elan etmiş qondarma Abxaziya ətrafında tezliklə sülh atmosferi bərqərar olacaq. O, həmçinin söyləyib ki, Avropa Birliyi kimi Rusiya da münaqişənin zor tətbiq etmədən siyasi yollarla, təhlükəsizlik məsələlərinə riayət etməklə həllinin tərəfdarıdır. Ümumiyyətlə, Avropa da Abxaziyanın statusu ətrafında Rusiya–Gürcüstan arasındakı gərginliyin azaldılmasının tərəfdarıdır. Bu qondarma qurum SSRİ dağıldıqdan sonra Gürcüstandan ayrılaraq öz müstəqilliyini elan edib. Tbilisi isə Moskvanı Abxaziya və Cənubi Osetiyanın yerli orqanlarına ciddi dəstək verməkdə və bu əraziləri sonda Rusiya Federasiyasının tərkibinə qatmaqda günahlandırır. Bu səbədən də iki ölkə arasında böhran həddi silahlı münaqişəyə qədər də gedib çatıb. Təbii ki, Qafqaz kimi geostrateji bir bölgədə, karbohidrogen ehtiyatların Qərb bazarlarına bu koridor vasitəsilə daşındığı bir vaxtda müharibə qığılcımlarının görünməsi Qərb ölkələri böhranın tezliklə aradan qaldırılmasına hesablanmış "əzələli" bəyanatlar veriblər. Buna görə də, münaqişə tərəfləri də açıq şəkildə bir–birlərinə hərbi jest göstərməkdən çəkinir və münaqişənin aradan qaldırılması istiqamətində təkliflər də irəli sürüblər. Bu dəfə isə daha bir təklif ortaya çıxıb, amma təsdiqini hələ ki, tapmayıb. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Gürcüstan yaranmış böhrandan çıxmaq üçün Rusiyaya təkliflər verib. "Kommersant" qəzetinin verdiyi informasiyada bildirilir ki, təkliflər özündə regionu Gürcüstan və Rusiya təsir sferalarına bölünməsini ehtiva edir: "Belə olan şəraitdə Gürcüstanın şimalında Rusiya sülhməramlılarının və separatçıların iştirakı ilə vəziyyət nəzarətə götürülür. Bunun əvəzində isə Tbilisi Cənub Qal və Oçamçir rayonlarından Rusiya sülhməramlılarının çıxarılmasını və bu ərazilərə əvvəllər yaşamış gürcülərin qaytarılmasını tələb edir. Bununla yanaşı, Abxaziya Gürcüstanın ərazisi kimi qalır. Lakin bu bölgəyə geniş muxtariyyat statusu verilir". Amma bu məsələ ilə bağlı mənbə nə Rusiya, nə də Gürcüstan rəsmilərindən mövqe öyrənə bilməyib. "Kommersant"ın verdiyi məlumata görə, Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze bu təklifləri həmkarı Qriqori Karasinə təqdim edəcək. Qeyd edək ki, Abxaziya dünya ictimaiyyəti tərəfindən Gürcüstanın ərazisi kimi qəbul edilir. Bu da məlumdur ki, 1990–cı ildən başlayaraq, Rusiyanın bu əraziyə sülhməramlı qüvvələr yerləşdirməsi Abxaziyanın yarırəsmi statusunu müəyyənləşdirib. Bu arada Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstan–Rusiya münaqişəsində Avropa Birliyinin tərəf kimi çıxış etməsi üçün Brüsselə müraciət edib. Almaniyaya səfəri zamanı gürcü lideri deyib ki, bu status xüsusilə Berlinə yaraşır. Qeyd edək ki, Berlinə səfəri zamanı Mixail Saakaşvili özünü diplomat kimi apararaq Moskvanın ünvanına sərt mesajlar verməkdən yayınıb. Rusiyanın yeni prezidenti Dmitri Medvedev üçün o, ancaq xoş sözlər söyləyib: "O, müasir insandır, daha ehtiyatlı və diqqətlidir. Sələfindən fərqli olaraq, o, məsuliyyəti dərk edir və Rusiyanı modernləşdirmək istəyir. Biz onunla əməkdaşlıq etməliyik". Medvedev isə Saakaşvili ilə ilk görüşündə Rusiyanın Avropa ilə qarşıdurma yaratmaq istəmədiyinə dair mesajlar verib. Almaniyanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, yeni əməkdaşlıq cəhdlərinin uğurlu olması üçün hər iki tərəfin razılığı əldə edilməlidir. Lakin Avropa artıq aktiv təzyiqləri işə salmağa başlayıb. Bundan başqa, Abxaziya münaqişəsinin həlli istiqamətində BMT çərçivəsində Almaniyanın rəhbərliyi ilə dövlət qrupları işləyir. Xatırladaq ki, iki ölkə arasında ciddi qarşıdurma 2003–cü ildən sonra başlayıb. Bu ilə qədər isə Rusiya və Gürcüstan arasında böhran latent xarakter daşıyırdı. Amma cari ildə Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya ilə əlaqələrin genişləndirilməsi haqqında qərar verməsindən sonra münaqişə açıq mərhələyə keçdi. Daha sonra, Gürcüstanın pilotsuz kəşfiyyat təyyarəsi vuruldu, Tbilisi isə öz növbəsində qeyri–qanuni silah tranziti ilə məşğul olan dörd Rusiya sülhməramlısını saxladı. Müstəqil müşahidəçilər regionda baş verən bu kimi aktual proseslərə ciddi yanaşırlar. Məsələn, bir neçə həftə öncə, Beynəlxalq Böhran Qrupu dərc etdirdiyi hesabatda göstərib ki, Qafqazda müharibə riski artır. Kifayət qədər nüfuzu olan bu qeyri–hökumət təşkilatı münaqişənin eskalasiyasında məsuliyyəti Rusiya və Gürcüstan arasında bölür. Hətta hesabatda yazılır ki, Gürcüstan müharibəyə hazırlaşır. Ramil VƏLİBƏYOV yeniazerbaycan
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu