SON XƏBƏRLƏR

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ SƏFƏR ƏBİYEVLƏ SEYRAN OHANYANIN GÖRÜŞDÜYÜNÜ TƏKZİB ETDİ

2021.10.20, 07:36
AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ SƏFƏR ƏBİYEVLƏ SEYRAN OHANYANIN GÖRÜŞDÜYÜNÜ TƏKZİB ETDİ

Gunaz.tv
AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ SƏFƏR ƏBİYEVLƏ SEYRAN OHANYANIN GÖRÜŞDÜYÜNÜ TƏKZİB ETDİ Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu «Media forum»a bildirib ki, müdafiə naziri Səfər Əbiyevin Bişkekə dünənki səfəri zamanı ermənistanlı həmkarı Seyran Ohanyanla hər hansı görüşün planlaşdırılmadığı haqda dediklərinin dediklərinin üstündə durur: «Əslində görüş olmayıb da. MDB Müdafiə Nazirləri Şurasının Bişkek toplantısı zamanı foyedə cənab Səfər Əbiyevə yaxınlaşan Seyran Ohanyan itkin düşmüş vətəndaşların axtarışı ilə bağlı müzakirələr aparmağı xahiş edib. Nazir cavabında bildirib ki, hər hansı məsələ ətrafında müzakirə aparmaq işğal olunmuş Azərbaycan topraqları azad edildikdən, müharibə qurtardıqdan sonra mümkün ola bilər». Xatırladaq ki, dünən Qırğızıstan paytaxtı Bişkekdə MDB Müdafiə Nazirləri Şurasının iclası olub. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin də qatıldığı iclas haqda «Media forum» saytına açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib ki, Bişkekdə Səfər Əbiyevin Ermənistan müdafiə naziri Seyran Ohanyanla hər hansı görüşü nəzərdə tutulmayıb. Axşam saatlarında isə Ermənistan və Azərbaycan mediası Səfər Əbiyevin Seyran Ohanyanla görüşdüyünü xəbər verib. Görüşdə cəbhə xəttində atəşkəsin pozulması hallarının azalması yolları, eləcə də itkin düşən mülki şəxslər və hərbi əsirlərlə bağlı problemlərin müzakirə olunduğu bildirilib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar