SON XƏBƏRLƏR

AŞPA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN YALNIZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ TƏRƏFDARDIR

2021.10.20, 07:36
AŞPA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN YALNIZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ TƏRƏFDARDIR

Gunaz.tv
AŞPA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN YALNIZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ TƏRƏFDARDIR Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyulun 2-də nazir Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Luis Maria de Puç ilə görüşmüşdür. Luis Maria de Puç səfər çərçivəsində ölkəmizdəki vəziyyətlə yaxından tanış olduğunu, Azərbaycanın Avropa dəyərlərinə sadiqliyini və bu istiqamətdə fəaliyyətini daha da gücləndirmək əzmini müşahidə etdiyini bildirmişdir. AŞPA-nın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qeyd etmiş, bunun rəhbərlik etdiyi qurumun mövqeyi olduğunu və bu yaxınlarda qəbul edilmiş qətnamədə də əksini tapdığını vurğulamışdır. Nazir E.Məmmədyarov bu mövqeyinə görə Avropa Şurasına təşəkkürünü bildirmiş və münaqişənin həllinin daha çox məhz Ermənistanın maraqlarına cavab verdiyini demişdir. E.Məmmədyarov Azərbaycanın Avropa dəyərlərinə sadiq olduğunu və Avropa Şurası ilə müxtəlif sahələrdə əməkdaşlığını inkişaf etdirəcəyini söyləmişdir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar