SON XƏBƏRLƏR

Həbsdəki generalın vaxtilə təriqətçilərin çadırlarını və AKP-çi bələdiyyə sədrinin qanunsuz villasını dağıtdığı məlum olub

2021.10.20, 07:36
Həbsdəki generalın vaxtilə təriqətçilərin çadırlarını və AKP-çi bələdiyyə sədrinin qanunsuz villasını dağıtdığı məlum olub

Gunaz.tv
Həbsdəki generalın vaxtilə təriqətçilərin çadırlarını və AKP-çi bələdiyyə sədrinin qanunsuz villasını dağıtdığı məlum olub Ankara – APA. Türkiyə mətbuatı iyulun 1-də keçirilən “Ergenekon” əməliyyatı zamanı həbs edilmiş istefada olan general Ləvənt Ərsözün keçmişi ilə bağlı maraqlı faktlar aşkarlayıb. APA-nın məlumatına görə, L. Ərsöz 2000-2003-cü illərdə Bursa Qarnizon və Jandarma bölgə komandanı olarkən təriqətçilərə qarşı mübarizəsi ilə ad çıxarıb. Belə ki, yay aylarında Uludağın ətəklərində təriqətlər tərəfindən qurulan və əksəriyyəti uşaq olan yüzlərlə insana icazəsiz din dərsləri keçilən çadırlar generalın əmri ilə darmadağın edilib. Vətəndaşların və uşaqların başını dini mövhümatla qatan təriqətçilərə qarşı amansız olan L. Ərsöz din dəllallarını turizm bölgəsi Uludağdan qovduqdan sonra həmin yerləri vətəndaşların istirahəti üçün açıb, təriqətçilərin istifadə etdiyi ləvazimatları və ədəbiyyatları müsadirə edib. Bundan başqa, Bursanın Osmanqazi qəsəbəsinin AKP-dən olan bələdiyyə başqanı Rəcəb Altəpənin qanunsuz inşa etdirdiyi villa onun göstərişi ilə dağıdılıb. General PKK terror təşkilatının Bursa yaxınlığındakı İmralı adasında saxlanılan lideri Abdulla Öcalanın təhlükəsizliyinə də cavabdeh olub. Pis hava şəraiti üzündən terrorçunun vəkillərini və qohumlarını dəfələrlə adaya buraxmayan L. Ərsöz bu səbəblə PKK-nın hədəfinə çevrilib. O, daha sonra Jandarma Qüvvələrinin kəşfiyyat idarəsinin rəisi təyin olunub. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar