Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Türkiyədə iyulun 1-də, cümhuriyyət baş prokurorunun AKP-nin bağlanması iddiası üzrə Konstitusiya Məhkəməsində şifahi ittihamla çıxışı ərəfəsində aparılan şok həbslərin yeni təfərrüatları məlum olub. Yerli mətbuatın yazdığına əsasən, əməliyyat bir neçə gün əvvəl hazırlanıb, həbsləri həyata keçirmək üçün bir neçə polis qrupu yaradılıb, hər qrupa başçılıq edən zabitlərə xüsusi surğuclu sarı paketlər verilib. Həbs olunacaq şəxslərin adları və ünvanları yer alan həmin paketlərin ancaq əməliyyata start verilərkən açılması tapşırılıb. Xəbər verildiyi kimi, qəfil əməliyyat zamanı aralarında iki ordu generalı da olmaqla 24 şəxs həbs edilib. Daha sonra məlum olub ki, həbs edilənlər arasında cəmi 4 general var. 1-ci Egey ordusunun keçmiş komandanı Xurşud Tolon və jandarma qüvvələrinin keçmiş komandanı Şener Eruyğurla yanaşı istefada olan briqada generalları, jandarma kəşfiyyatının keçmiş rəhbəri Ləvənt Ersöz və İlkər Güvən də həbs ediliblər. Sonuncu iki generalın İstanbulda həbs edildiyi bildirilir. Məlumatlara görə, həbslər eyni zamanda Adana, Trabzon və Ərzrumda da aparılıb. Həbs edilənlər arasında bir neçə jurnalist və yazar da var. Bunlardan “Cümhuriyyət” qəzetinin Ankara bürosunun rəhbəri Mustafa Bilbay, “Toplumsal haber” adlı saytın yazarları Hamza Dəmir, Nəriman Aydın, “Tərcüman” qəzetinin baş redaktoru Ufuk Böyükçələbi, TRT kanalının müxbiri Murat Avarın adları həbs edilənlər arasında yer alır. Həmçinin əməliyyatlar zamanı polkovnik və kapitan rütbəli bir neçə istefada olan zabit də həbs edilib. Tanınmış iş adamı, Ankara Ticarət Dərnəyinin rəhbəri Sinan Aygünün də həbs edilməsi haqda xəbər vermişdik. Mətbuatın yazdığına görə, “Ergenekon” istintaqını aparan prokurorlar ötən həftə sonu İstanbulda toplantı keçirib və bu zaman həbs ediləcək şəxslərin adları, iş yerlərinin və evlərinin ünvanları müəyyən edilib. Həbsləri həyata keçirmək üçün 40 ayrı-ayrı polis qrupu yaradılıb. Həbsləri həyata keçirmək üçün cəmi 6 min polisin cəlb olunduğu bildirilir. Daha sonra İstanbul Ağır Cəza Məhkəməsindən həbslər barədə sanksiyalar alınıb. Nəhayət, iyulun 1-də səhər tezdən əməliyyatlara start verilib. Həbs edilənlərin həmin gün axşam dindirilmək üçün İstanbula aparıldıqları bildirilir. Mətbuatın yazdığına görə, əməliyyat zamanı general Ləvənt Ersözü həbs etmək üçün birinci cəhd baş tutmayıb. Onun evində aparılan əməliyyatlar zamanı generalı tapmaq mümkün olmayıb, yalnız axşam saatlarında onun yeri müəyyən edilib və həbs olunub. Ersöz jandarma qüvvələrinin kəşfiyyat xidmətinin keçmiş rəhbəri kimi bir sıra xüsusi təyinatlı əməliyyatlara başçılıq edib, o cümlədən ölkənin cənub-şərqində PKK-ya qarşı xüsusi əməliyyatların aparılmasını təşkil edib. Hökumətə bağlı media yazır ki, Ersöz general Eruyğurla birlikdə bir neçə il əvvəl AKP-yə qarşı hərbi çevriliş planlarına dair müzakirələrdə iştirak edib. Ersözlə birlikdə jandarma texniki izləmə xidmətinin keçmiş rəhbəri, istefada olan polkovnik Atilla Uyğur da həbs edilib. Məlum olub ki, Uyğur vaxtilə PKK-ya qarşı bir sıra gizli əməliyyatlarda iştirak edib, 1999-cu ildə PKK lideri Abdullah Öcalan həbs edilərkən onu dindirənlərdən biri olub. Əvvəlcə mətbuat diqqəti ona yönəltmişdi ki, “Ergenekon” əməliyyatında son həbslərdən iki gün əvvəl quru qoşunları komandanı, yaxın aylarda Baş Qərargah postunu tutacaq İlkər Başbuğ baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı generalların həbsinə yaşıl işıq yandırıb. Lakin Başbuğ dünən mətbuat qarşısına çıxaraq bu iddiaları rədd edib. O bəyan edib ki, Ərdoğanla görüşü zamanı qətiyyən “Ergenekon” məsələsi ilə bağlı hər hansı müzakirə aparmayıb: “Həbslərin guya mənimlə razılaşdırıldığı haqda ortaya atılan iddialar Türkiyə Silahlı Qüvvələrini gözdan salmağa, komandanlıq heyəti daxilində şübhələr formalaşdırmağa yönələn kampaniyanın bir hissəsidir. Türkiyə çox çətin dönəmdən keçir və bu dövrdə hər kəsin üzərinə böyük məsuliyyət düşür, hər kəs bu çətin dönəmdə sağlam düşüncə ilə hərəkət etməlidir”. Mətbuatda ortaya atılan növbəti iddia isə ordu generallarının silahlı qüvvələrə məxsus hərbi şəhərcik ərazisində həbsi üçün Baş Qərargahın icazəsinin olduğu bildirilirdi. Baş Qərargah isə dünən qısa rəsmi açıqlama yayaraq bu məsələyə aydınlıq gətirib. Açıqlamada deyilir ki, Türkiyə cinayət məcəlləsinə görə, hərbi şəhərciklərdə axtarış-əməliyyat tədbirləri həyata keçirmək üçün Ağır Cəza Məhkəmələrinin sanksiyası lazımdır, bu əməliyyatlar hərbi qurumların iştirakı ilə keçirilməlidir. “Həmin qərar əsasında hərbi şəhərciklərdə axtarış əməliyyatları hərbçilər tərəfindən prokurorların iştirakı ilə aparılıb”, deyə açıqlamada bildirilir. Baş Qərargah neçə vaxtdır davam edən istintaq çərçivəsində vaxtilə orduya mənsub olan bəzi şəxslərin saxlanıldığını vurğulamaqla yanaşı aparılan həbslərə dair mövqe bildirməyib. Bununla da baş verənlərə qarışmamaq niyyətini ortaya qoyub. Hökumətə bağlı media isə əvvəlki həbslərdə olduğu kimi bu dəfə də həbs edilənlərin hansı cinayətlərdə şübhəli bilindiklərinə dair silsilə yazılar verməyə başlayıblar. Bu yazılarda deyilir ki, həbs edilən ordu generalları silahlı terror təşkilatı adı verilən “Ergenekon”a başçılıq ediblər, Britaniyanın “The İndependent” qəzeti isə Türkiyə mətbuatına istinad edərək həbs edilənlərdən general Xurşud Tolonun Nobel mükafatı laureatı yazıçı Orhan Pamuka sui-qəsd hazırladığını iddia edib. Qeyd edək ki, istintaqın 1 ildən çoxdur davam etməsinə və onlarla adamın bu müddət ərzində həbsdə saxlanılmasına baxmayaraq, hələ də həbs olunanlara qarşı rəsmi ittiham irəli sürülməyib. Bununla da prosessual qaydaların pozulduğu bildirilir. Lakin son həbslərdən sonra prokurorluqdakı mənbələrdən məlum olub ki, ittiham aktının hazırlanması başa çatmaq üzrədir və çox güman ki, bir həftə ərzində bu iş yekunlaşacaq. İddialara görə, ittiham aktı təxminən 8 milyon səhifədən ibarətdir. Başqa bir məlumata görə, həbs edilənlərdən Sinan Aygünün ofisində “Glosk” markalı tapança tapılıb. Əvvəlcə bu silahın hansısa sui-qəsdlərdə istifadə edilə biləcəyinə dair şübhələr ortaya atılsa da, ballistik ekspertizadan sonra açıqlanıb ki, silah təmizdir, yəni hər hansı cinayətdə istifadə edilməyib. Bu ərəfədə Türkiyə Odalar və Borsalar Bürosunun başqanı Rüfət Hisarcıkoğlu bildirib ki, Aygünün təhlükəli terrorçu kimi evinə və iş yerinə onlarla polis tərəfindən basqın edilərək həbs olunmasını pisləyir. O deyib ki, ölkənin ən layiqli iş adamlarından biri olan Aygün dəvət edilərdisə, istintaqa ifadə verməyə könüllü gedərdi. Lakin onun haqqında hər hansı cinayətə dair dəlillər olmadan iş adamının quldur kimi həbs edilməsi başa düşülən deyil. Hisarcıkoğlunun fikrincə, indi Türkiyədə elə vəziyyət yaranıb ki, kimsə axşam yatanda sabah hansı durumla üzləşəcəyini bilmir. O, baş verənlərin Türkiyədəki hərbi çevrilişlər dövrünü xatırlatdığını deyib. Məlum olub ki, həbs edilənlərdən Mustafa Bilbay ifadə verməkdən imtina edib və susmaq haqqından yararlanıb. General Tolonun vəkili isə onun kondisionerli otaqda təkbaşına saxlanıldığını, hələlik nədə şühbəli bilindiyi haqda ona heçnə deyilmədiyini bildirib. Vəkil deyib ki, generalın durumu ilə bağlı qeyri-müəyyənlik hökm sürür, o, saxlama şəraitindən şikayətçi deyil: “İllərlə PKK-ya qarşı mübarizədə dağlarda yatan adamdır, belə şəraitə dözmək ona çətin olmaz”. Xarici mətbuat isə baş verənləri şərh edərkən həbslərin məhz AKP-yə qarşı şifahi ittiham oxunduğu gün aparılmasına diqqəti cəlb edir. Bildirilir ki, bu həbslərlə AKP-yə qarşı açılan məhkəmə iddiasının əhəmiyyəti kiçildilmiş olur. Digər tərəfdən, həbs edilənlərin hamısının AKP-yə müxalifətdə olan və Atatürk ideyalarına sadiq insanlar olmasına diqqət yönəldilir. Bu baxımdan baş verənlər Türkiyədə islamçı Ədalət və İnkişaf Partiyası ilə dünyəvi dövlətə sadiq Atatürkçü çevrələr arasında uzun müddətdir davam edən çəkişmənin təzahürü kimi qiymətləndirilir. Beləliklə, bu çəkişmədə AKP təslim olmaq niyyətində olmadığını göstərib və cümhuriyyət tarixində ilk dəfə ordu generallarını siyasi motivlərlə həbs edəcək cəsarəti göstərib. Sabah AKP Konstitusiya Məhkəməsi qarşısında Cümhuriyyət baş prokurorunun ittihamına cavab verməlidir. AKP adından məhkəmə üzvləri qarşısında hökumət sözçüsü və baş nazirin müavini Cəmil Çiçək çıxış edəcək. Məlum olub ki, baş prokuror Əbdürrəhman Yalçınqaya nitqində AKP-nin Türkiyədə dünyəvi dövlətə qarşı təhdid olduğunu deyərək hakim partiyanın bağlanmalı olduğu haqda mövqeyini bir daha təkrarlayıb. Prokuror nitinqdə son günlər cərəyan edən hadisələrə toxunaraq bildirib ki, Fətullah Gülənin ittiham olunduğu dövlət çevrilişi hazırlamaq cinayətində bəraət alsa da, onun dini icma lideri stausu dəyişmir. Bu baxımdan Gülənə bəraət verilməsi qərarı ona bağlı olan AKP-nin bağlanmaması üçün əsas ola bilməz. Prokuror həmçinin AKP başqan yardımçısı Dengir Mir Mehmet Fıratın xarici mətbuata açıqlamasında “Atatürk inqilabları Türkiyə cəmiyyətində travma yaratdı” fikrini də hakim partiyanın dünyəvi dövlətə qarşı olmasını göstərən dəlillərdən biri kimi təqdim edib. Prosedura görə, AKP-nin müdafiə çıxışından sonra məhkəmə iddiaya baxılması üçün gün müəyyən edəcək. Həmin vaxta qədər AKP müdafiə üçün əlavə vaxt istəyə, prokuror isə əlavə dəlillər təqdim edə bilər. F.Məmmədov musavat
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu