Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Mayis ƏLİZADƏ və ya “Kolxoz sədrinin adini pozun - yerinə “uryadnik” yazın!” 1979-cu ilin oktyabrında Yazıçılar İttifaqında Mövlud Süleymanlının “Dəyirman” povestinin müzakirəsi keçirilirdi. Sovet sisteminin eybəcər tədbirlərindən biri olan iclasda Əziz Mirəhmədov da çıxış etdi. “Dəyirman”ın “burjuaziyanın dəyirmanına su tökən əsər” olduğunu sübut etməyə çalışan Əziz müəllim belə deyirdi: “Gedin, əsərdən kənd soveti sözünü çıxarın - yerinə “kəndxuda” yazın, kolxoz sədrini pozun - yerinə “uryadnik” yazın; heç nə dəyişməyəcək”. Ay keçdi-il dolandı, Moskvanın “perestroyka” havası məmləkətdə də hiss edilən kimi “Dəyirman”ın müzakirə edildiyi iclasın stenoqramını yazan tənqidçi Vaqif Yusifli stenoqramdan Əziz müəllimin çıxışını ayıraraq qəzetdə çap etdirdi. Görünür, Əziz müəllim özü də o çıxışdan peşman olmuşdu ki, Akademiyanın koridorunda Yusifli ilə söhbət etdiyimizi görüb “Mayis, bu Vaqifin də yanında adamın bir pis işi olmasın - o dəqiqə qəzetində yazır” - deyə məşhur ironik “şikayətnamə”lərindən birini etdi. Ömrünün 70 ilə yaxınını elmin içində keçirən Əziz müəllimin ruhu qarşısında baş əyərək, bu hadisəni xatırlatmağımızın səbəbini açıqlayaq: Əfəndim (Nizami Süleymanovun 90-cı illərin əvvəlində dilimizin tədavülünə daxil etdiyi bu sözün “kullanım iznini” şəxsən onun özündən almışam), “Bir millətin qurduğu iki dövlətdən biri olan Türkiyəmizdə” dünəndən bəri yaşanan hadisələri sizlərin də yaxından izlədiyinə heç bir şübhəm yoxdur. Hədsiz-hüdudsuz səlahiyyət verilmiş prokurorun təlimatı ilə istefada olan iki ordu generalı, iki tanınmış jurnalist və ölkənin ən böyük QHT-lərindən biri olan Ankara Ticarət Palatasının prezidenti polis nəzarətinə alınıb (cəmi 23 nəfər, 2 nəfər axtarışdadır, 49 nəfər isə daha əvvəl məhkəmə qərarı ilə həbs edilib - məşhur Vəli Küçük Paşa da onların arasındadır). İndiyə qədər harada başlayıb-harada bitdiyi məlum olmayan “Ergenekon” əməliyyatı ilə bağlı olaraq bu adamların polis nəzarətinə alınması hüquq dövlətinin olduğu yerdə normal qarşılana bilər - əslində buna heç kim etiraz etmir. Sıravi vətəndaşlardan başlayaraq siyasətçilərə qədər bir çox adamın etirazı Türk toplumunun yaxından tanıdığı və bəzilərinin uzun müddət dövlət qulluğunda olduğu bu şəxslərin polis nəzarətinə alınma metodunadır; əcəba, bu adamların hansı biri ifadəsinin alınması üçün prokurorluğa dəvət edildi də, təşrif gətirmədi ki, terror təşkilatlarına qarşı həyata keçirilən eyni zamanlı əməliyyatları xatırladan “operasyonlarla” bu Zati-möhtərəmlər səhər saat 7-də polis nəzarətinə alındılar, evlərində və iş yerlərində saatlarla axtarış aparıldı? “Akşam” qəzetinin dəyərli yazarı Oray Eğinin də bu gün yazdığı kimi, hökuməti tənqid edən jurnalistlərin hamısı “mənə növbə nə vaxt gələcək?” deyə narahatlıq keçirirlər. Əslində bu mənzərə 1937-ni yaşayan toplumlara tanışdır - məsələn, bizə. AKP-ni qeyd-şərtsiz dəstəkləyən və Rəcəb Tayyib Ərdoğan barədə bir dənə də olsun, tənqidi söz yazmayan media qruplarına mənsub olan şanlı yazarlar Stalinin qurduğu qorxu imperiyasının “donosbazlarının” vəzifəsini öz çiyinlərinə alıblar. Türk demokratiyası və müstəqil mediası ilə həmişə qürur duyan bir adam olaraq bu tabloda jurnalist-yazarları görmək Xəlil Rza Ulutürkün “Davam edir 37”-sini yenə və yenidən oxumağıma səbəb olur. İnanın mənə, 37-də Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, mənim böyüklərimin əleyhinə verilən ifadələrdəki adları çıxarıb yerinə islamçı medianın “müşketyorları” Şamil Tayyarın, Əmrə Aközün, gündə Fəhmi Koru və Taha Kıvanç imzası ilə iki yazı yazan, AKP iqtidara gələndən sonra bığını qırxıb Ankaradan İstanbula köçən və 4 TV kanalında veriliş aparan Fəhmi Korunun adlarını yazsaq, mahiyyət etibarı ilə heç nə dəyişməz. 37-də deyirdilər ki, bu güllələnməni haqq edən adamlar İngiltərənin, Yaponiyanın və... Müsavatın casuslarıdır. Stalin bizi kommunizmə doğru aparır, bunlar qabağımızdakı ən böyük əngəllərdir - bir sinif kimi ləğv edilməlidirlər. 2008-ci ilin Türkiyəsində “demokratiya” kəlməsini ağızlarından düşürməyən bu media cəngavərlərinin yazdıqları qəzetlərdə, danışdıqları TV-lərdə əks fikirli bir adamın danışdığını görən olmayıbsa, əcəba, bu, hansı tipli demokratiyadır? Bu “şizofren entel-dantel takımına” (ibarə “Vatan” qəzetinin yazarı Reha Muxtara aiddir) görə, Cümhuriyyəti, dünyəviliyi və Atatürkü müdafiə etmək - dövlət çevrilişçisi olmaqdır, hicabı dəstəkləmək - ən böyük demokratlıq. Qabil Hüseynlini Kanal 7-yə çıxarıb ona “Kabil bəy” - deyə müraciət edən (camaat möhtərəm professorun adını Əfqanıstanın paytaxtı ilə eyniləşdirib ona daha çox hörmət bəsləyirdi) “Sabah”ın ayda 17 min dollar maaş alan yazarı Nazlı Ilıcaka görə, “saf qan demokratlıq” - səhərdən axşama qədər Türk ordusuna hücum etməkdir (“orduya hücum edən yazar” ifadəsi pis səslənmədi - bu tapıntıya görə özümə təşəkkür borcum var); Qaçaq Rəsulu okeanından o tayından gətirib məmləkətə prezident seçdirməyi vəd edən “Liboş Mehmet” isə bütün dövrlərin adamıdır: 1980-ci il dövlət çevrilişində Kənan Evreni dəstəklədi, sonra Özalın “dərəceyi-yek” adamı oldu, sonra Çillər, indi də Tayyib bəy – “Çırtma vurun oynasın, qazanda quyruq yağı”. Martın 21-də “Cümhuriyyət” qəzetinin imtiyaz sahibi və baş yazarı, 83 yaşlı duayen yazar İlhan Səlçukun polis nəzarətinə alınması üçün fitvanı AKP-ni qeyd-şərtsiz dəstəkləyən “Yeni Şafak”ın yazarı Əli Bayramoğlu vermişdi, 1 iyulda “Cümhuriyyət” qəzetinin Ankara təmsilçisi Mustafa Balbay və “Tərcüman” qəzetinin baş redaktoru Uğur Büyükçələbinin polis nəzarətinə alınmasının işarələrini “Zaman”ın baş redaktoru Əkrəm Dumanlının həmin günkü köşəsində görmək mümkündür - Vətənə, millətə xeyirli olsun! 1937-nin Azərbaycanında imperialist qüvvələrlə əməkdaşlıq edən Müsavat dövlət çevrilişi etməyə hazırlaşırdı, 2008-in Türkiyəsində istefada olan generallarla əlbir olan alimlər, jurnalistlər, iş adamları “AKP-ni devirməyə çalışırlar”. Bizim generallarla işimiz olmaz, biz də yazı yazdığımıza görə polis nəzarətinə alınan “Cümhuriyyət” qəzetinin Ankara təmsilçisi Mustafa Balbay, üç universitetdə dərs verən, “Habertürk” kanalında “Aynanın arkası” proqramını aparan Erol Mütərcimlər və Türkiyənin ən fəal qeyri-hökumət təşkilatının sədri olan Sinan Aygün haqqında bir neçə kəlmə ərz etməyi vicdan borcumuz sayırıq. Əfəndim, Mustafa Balbay Türkiyə ilə nə dərəcədə dərindən maraqlanıb təhlillər yazırsa, inanın ki, Azərbaycana da o qədər marağı və sevgisi olan bir həmkarımızdır. Torpaqlarımızın erməni işğalı altında olması bizləri nə qədər qəhr edirsə, Mustafa bəy də bundan bizim qədər iztirab çəkir. Azərbaycanla bağlı hər yazısında erməni işğalını lənətləyən Mustafa Balbay “Bir millət, iki dövlət”in daha yaxından əməkdaşlıq etməsini qeyd-şərtsiz dəstəkləyən bir qardaşımızdır - Türkdür, Atatürkçüdür, Cümhuriyyətçidir. Mayor rütbəsində ikən Türk ordusundan istefa verən Erol Mütərcimlər Karsda anadan olub. Qərbi Azərbaycanda qalan torpaqlarımız və işğal edilmiş Qarabağ onun da canının bir parçasıdır. APA agentliyi üçün həmişə qiymətli açıqlamalar verib, “Azadlıq” radiosunun dinləyiciləri ilə fikirlərini bölüşəndə Türkiyə-Azərbaycan birliyinin vacibliyinə diqqəti cəlb edib. İri həcmli 20 kitabı var - ancaq mən “Bu vətən necə xilas oldu?” kitabını oxuyanda göz yaşlarımı tuta bilmirəm. Çünki Erol Mütərcimlər o kitabında 22 avqust 1922-ci ildə Afyondan başlayıb 9 sentyabrda İzmirdə başa çatan “Böyük hücumu” o qədər təsirli şəkildə anladıb ki. Yüksək keyfiyyətli pedaqoq olan Mütərcimləri tələbələri də çox sevir. Türkdür, Atatürkçüdür, Cümhuriyyətçidir. Ankara Ticarət Palatasının sədri Sinan Aygün Türkiyəni narahat edən qondarma “erməni soyqırımı” sərsəmləmələrinə qarşı ildə 5-6 böyük toplantı təşkil edir. ’”Türk Ocakları” başqanı, professor Nuri Gürgürün Ankara Ticarət Palatası Məclisinin sədri olması sizə hər şeyi demirmi, əziz oxucu? Yaxın vaxtlara qədər erməni böhtançıları Avropa və ABŞ-dakı media orqanları kanalı ilə Türkiyənin əleyhinə təbliğatlar aparırdılar. İki il qabaq Sinan Aygün bilirsinizmi nə etdi? Məşhur “Time” jurnalı ilə danışaraq ermənilərin Türklərə yapdığı soyqırımların (Xocalı faciəsi də daxil olmaqla) çəkildiyi 1 milyon DVD-ni jurnalın əlavəsi kimi oxuculara göndərdi. Ermənilər məsələdən bir həftə sonra hali oldular - ancaq artıq gec idi! Hər ay iqtisadiyyatın müxtəlif sahələrinə dair raportlar hazırlatdıran Sinan Aygün AKP hökumətinin iqtisadi siyasətini ən sərt şəkildə tənqid edən QHT lideridir. Türkdür, Atatürkçüdür, Cümhuriyyətçidir! Sinan Aygünün polis nəzarətinə alınması Türkiyənin biznes və həmkarlar ittifaqları təşkilatlarını ayağa qaldırıb. Ankara Ticarət Palatasının fövqəladə Məclis toplantısında çıxış edən Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rıfat Hisarcıklıoğlu Sinan Aygünün “dövlət çevrilişi iddiaları” ilə heç bir əlaqəsinin ola bilməyəcəyini vurğulayıb. Of, bunları yazarkən sıxıntı məni basdı. Hələlik bu qədər! Ara yerdə Fətullah Gülənin ABŞ-dan qayıtması və AKP-nin Konstitusiya Məhkəməsində davam edən prosesi arxa plana keçdi. Ancaq Lent.az-da bunlar arxa plana keçməz - hörmətli Cavid Cabbaroğlu buna imkan verməz! Mütləq bizə onları da yazdıracaq... LENT.AZ
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu