SON XƏBƏRLƏR

Öcalanı dindirən qrupun rəhbəri də həbs olunub

2021.10.20, 07:36
Öcalanı dindirən qrupun rəhbəri də həbs olunub

Gunaz.tv
Öcalanı dindirən qrupun rəhbəri də həbs olunub ocalan.jpg “Ergenekon” adlandırılan gizli təşkilatla bağlı aparılan istintaq çərçivəsində iyulun 1-də həbs olunanlardan biri də istefada olan polkovnik Atilla Uğurdur. Lent.az-ın xəbərinə görə, Türkiyə mətbuatının apardığı araşdırmalar nəticəsində A.Uğurun PKK terror təşkilatının lideri Abdulla Öcalanı İmralı adasındakı həbsxanada dindirən şəxslərdən biri olduğu müəyyənləşib. Polkovnik A.Uğur Ankara və Diyarbəkirdə Jandarma Qüvvələrinin Kəşfiyyat İdarəsinin qrup komandanı, daha sonra Kocaelidə Jandarmanın rəhbəri olub. 1999-cu ildə A.Öcalanın Keniyada yaxalanaraq Türkiyəyə gətirilməsindən sonra Jandarma Qüvvələrinin kəşfiyyat idarəsi İmralı adasındakı həbsxanada onu dindirib. Dindirməni həyata keçirən qrupun rəhbəri məhz polkovnik A.Uğur olub. Aradan doqquz il keçdikdən sonra isə İstanbul 10-cu Ağır Cəza Məhkəməsinin cümhuriyyət prokuroru Zəkəriyyə Öz A.Uğuru gizli təşkilatın üzvü olmaq ittihamı ilə dindirir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar