SON XƏBƏRLƏR

Türk generallarının həbsi dünya mediasında

2021.10.20, 07:36
Türk generallarının həbsi dünya mediasında

Gunaz.tv
Türk generallarının həbsi dünya mediasında Türkiyədə “Ergenekon” əməliyyatı çərçivəsində həyata keçirilən həbslər dünya mediasının baş xəbərləri sırasındadır. Lent.az-ın xəbərinə görə, dünyanın nüfuzlu telekanalları və qəzetləri bu mövzuya olduqca həssas yanaşır. CNN telekanalı baş verənləri “Türkiyədə siyasi yüksəldi” ifadəsi ilə tamaşaçılarına çatdırıb: “Baş verənlər islami kökənli AKP ilə onun dünyəvi müxalifləri arasındakı böyük və ciddi gərginliyi gözlər önünə sərdi”. “The Guardian” qəzeti xəbəri “Türk məhkəməsi hakim partiyanın qapatma davasını müzakirə edərkən yeni həbslər” başlığı ilə verib. Qəzetin fikrincə, həbslər qapatma davasını diqqətdən yayındırıb: “Bu, Türkiyənin səndələyən siyasi sistemini süquta daha da yaxınlaşdırdı. Türkiyənin hüquqi sistemi getdikcə AKP və dünyəvilik tərəfdarları arasındakı mücadilənin savaş meydanına dönür”. “The İndependent” Orxan Pamuku nəzərdə tutaraq “Nobel mükafatı laureatı olan yazıçını öldürmə planı hazırlayan iki general göz altında” cümləsini önə çıxarıb. “Financial Times” baş verənlərə “Çevriliş araşdırmasının gətirdiyi həbslər Türkiyənin sabitliyinə təhlükə yaradır” kimi reaksiya verib. “Daily Telegraph” AKP-nin qapadılmasının Türkiyənin Avropa Birliyinə gedən yolunu bağlayacağını bəyan edib. “Deutche Welle” nəşrinə açıqlama verən AB Komissiyasının vitse-prezidenti Günter Verheugen də eyni fikirləri bölüşüb: “Türkiyədəki qeyri-sabitlik Avropa üçün də mənfi nəticələr doğura bilər”. “Spiegel” dərgisi “Hakim partiya ilə dünyəvilər arasındakı dava böyüyür” başlığı ilə verdiyi yazıda son həbsləri AKP-nin qapatma prosesinə əks-hücumu kimi dəyərləndirib: “Bu gün Türkiyədə hüzün hakim. Avqustda daha betər günlərin gəlməsi gözlənilir” LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar