SON XƏBƏRLƏR

Fransa: "AB-də Türkiyəyə yer yoxdur"

2021.10.20, 07:36
Fransa: "AB-də Türkiyəyə yer yoxdur"

Gunaz.tv
Fransa: "AB-də Türkiyəyə yer yoxdur" Avropa Birliyinin yeni sədri olan Fransa Türkiyənin quruma üzv qəbul olunmasına qarşı tutduğu mövqeni yumşaltmaq əvəzinə, daha da sərtləşdirib. Yelisey Sarayında Fransanın AB-yə 6 aylıq sədrlik dönəminə başlaması ilə bağlı keçirilən toplantıda bildirilib ki, Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) qapadılmasının tələb olunduğu məhkəmə prosesi ölkənin daxili işidir, amma bu proses simvolikdir: "AKP-yə qarşı Konstitusiya Məhkəməsinə başlanan proses göstərir ki, Türkiyədə xalqın seçib hakimiyyətə gətirdiyi qüvvəyə sayğı göstərilmir. Bu isə Türkiyənin Avropa Birliyinə üzvlük kriterilərinə hələ də əməl etmək niyyətində olmadığına dəlalət edir. AKP-nin Mustafa Kamal Atatürkün mirasına zərbə vurduğunu deyirlər. Lakin elə həmin Atatürkün Türkiyədəki dünyəvilik irsi ölkənin AB-yə üzv olmasını ehtiva etmir". Fransa prezidenti Nikolya Sarkozinin administrasiyasındakı yüksək rütbəli yetkili adının açıqlanmaması şərti ilə "CNN-Türk"ə bildirib ki, Türkiyənin AB-yə üzv qəbul edilməsi ilə bağlı müzakirələrdən dolayı rəsmi Parisin mövqeyində heç bir dəyişiklik yoxdur. "Türkiyə və Avropa Birliyi arasında mümkün olduğu qədər sıx tərəfdaşlıq ideyasını müdafiə edirik. Türkiyənin Avropa Birliyinə inteqrasiyası və quruma üzv seçilməsini isə yolverilməz sayırıq. Tərəfdaşlıqla bağlı müzakirələrə hazırıq. Lakin Türkiyənin Avropa Birliyinə üzvlüyü səsə qoyulanda veto hüququmuzdan istifadə edəcəyik", - Yelisey sarayının mənsubu söyləyib. Müşahidəçilərin fikrincə, Fransa prezidenti Nikolya Sarkozinin çılğınlaşmasını başa düşmək olar. Fransanın AB-də sədrliyinin ilk günü tərs gəlib. Belə ki, Polşa, Çexiya və Almaniyanın dövlət başçıları AB-nin Konstitusiyası sayılan Lissabon anlaşmasını imzalamaqdan boyun qaçırıblar. Polşa prezidenti Lex Kaçinski ölkə parlamentində çıxış edərkən bildirib ki, İrlandiyada keçirilən referendumda Lissabon sazişinə "yox" deyiləndən sonra Avropanın yeni Konstitusiyasından danışmaq mənasızdır. Fransanın yarım il AB-yə rəhbərlik edəcəyi dövrdə quruma üzv ölkələr arasında narazıları razı salacağı ehtimalı çox azdır. Xatırladaq ki, Avropa Konstitusiyasının ilk variantı Fransa və Hollandiyadakı referendumlarda biabırçılıqla rədd ediləndən sonra 2007-ci ilin dekabrın 13-də AB üzvü olan 27 ölkənin dövlət başçısı Portuqaliyada yeni sənəd layihəsini imzalamışdılar. Sənədin AB ölkələrində 2009-cu ilin yanvarın 1-dək ratifikasiya ediləcəyi gözlənilirdi. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar