SON XƏBƏRLƏR

Türklərə qarşı erməni-yunan birliyi

2021.10.20, 07:36
Türklərə qarşı erməni-yunan birliyi

Gunaz.tv
Türklərə qarşı erməni-yunan birliyi Kipr yunanlarının lideri Kristofias İrəvana gəlir Kipr yunanlarının lideri - Kipr Respublikasının prezidenti Dimitris Kristofias İrəvana gəlir. Gələn həftə gerçəkləşəcək səfər Ermənistanla yunan Kiprinin tarixində ilk yüksək səviyyəli təmas olacaq. Erməni KİV-i Kristofiasın adaya "ən böyük heyətlə" gedəcəyini yazır. İrəvanda kipr yunanlarının liderini həsrətlə gözləyirlər. O, Ermənistan prezidenti ilə əsasən Qarabağ münaqişəsi və Ankara-İrəvan münasibətlərini müzakirə edəcək. Kipr yunanları ermənilərə "xalqlararası dostluq və etimad birliyi" də yaratmağı təklif ediblər. İndiki durumda Ermənistan təmsilçiləri ilə xosunlaşma Nikosiya üçün hər halda, Türkiyə və Azərbaycanı qıcıqlandıracaq bəyanatlar səsləndirmək baxımından əhəmiyyətlidir. Kipr yunanları Bakıya qarşı bəslədikləri kindən hələ çıxa bilmirlər. Ermənistanın Türkiyə və Azərbaycana qarşı torpaq iddiaları aşkardır. Yunan Kipri də adada işğalçılıq siyasətini rəsmiləşdirməyə can atır, odur ki, Qıbrıs türkləri ilə əməkdaşlıq edən Azərbaycana qarşı isterik hücumlarını davam etdirir. Azərbaycan diplomatiyası bir ildən artıqdır ki, beynəlxalq müstəvidə erməni-yunan işbirliyindən zərər görməkdədir. Bakı Qarabağ məsələsində hansı təşkilatın qapısını döyürsə, qarşısına İrəvanla yanaşı, Nikosiya da çıxır. 2006-cı ildə Qıbrıs türkləri ilə Azərbaycan arasında qarşılıqlı təmaslardan hiddətlənən yunanlar bir müddət BMT-də Bakıya diplomatik savaş açdılar: Azərbaycanın təqdimatı ilə gündəliyə salınmış "Dağlıq Qarabağda qanunsuz məskunlaşmaya dair" qətnamə ikici dəfə müzakirədən çıxarıldı və arxivə göndərildi. Ardınca bəzi Avropa ölkələrində Azərbaycan təyyarələrinin uçuşuna qadağa qoyuldu. Bununla da Bakı ilə Avropa Birliyi arasında yenicə təməli atılan "qonşuluq" münasibətlərinə kölgə düşdü. Bir müddət öncə isə Avropa Parlamenti yunan-erməni icmasının təsiri altında Azərbaycanın əleyhinə qərarlar çıxarmağa başladı. Qurumun Naxçıvanda guya erməni abidələrinin dağıdılması ilə bağlı qəbul etdiyi qətnamə də yunanların işi idi. Son olaraq, Azərbaycanla AB arasında imzalanmış Qonşuluq planında ölkəmizin ərazi bütövlüyü ilə bağlı yaşanan anlaşılmazlıqlarda "yunan barmağının" olduğu aşkarlandı. Bu arada, Kipr yunanlarının Dağlıq Qarabağla təmaslar qurması, separatçılarının nümayəndələrinin isə Yunanıstan və Nikosiyada rəsmi şəxs kimi qəbul olunması gələn xəbərlər sırasındadır. Kristofiasın səfəri ərəfəsində İrəvanda türklərə qarşı erməni-yunan ensiklopediyasının hazırlanması təklifi də ortaya atılıb. Bu ölkələr tarixdə "türk xalqalırı tərəfindən üzləşdikləri haqsızlıqlara" dair saxta ittihamlar hazırlayırlar. Azərbaycanla Türkiyə isə hələ də ermənilər tərəfindən qarşılaşdıqları faciələrlə bağlı tarixi gerçəkliklərini üzə çıxarmaqda ləngiyir. Ankara 2006-cı ili erməni yalanlarının ifşasına qarşı mübarizə ili elan etmişdi, iki il keçir, nəticə yoxdur. Yalnız ötən il Fransa Senatında uydurma soyqırımın inkarına qarşı cəza qanunun müzakirəyə çıxarılmasından sonra Ankarada bir müddət Xocalı soyqırımının da dünya ictimaiyyətinə çıxarılması ilə bağlı çağırışlar səslənsə də, sonradan unuduldu. Qıbrıs türklərinə gəlincə, Bakı hələ də Lefkoşa ilə məsafə saxlamağa məcburdur. Çünki bir yandan AB pusquda dayanıb - qurumun "qonşuluq planı"nda Qıbrıs türkləri ilə təmasların təkrarlanmaması qoyulan tələblərdən biridir. Xeyli müddətdir, QQTC lideri Mehmet Əli Tələt Bakıya rəsmi səfərə gəlmək üçün dəvət gözləsə də, bunu ala bilmir. Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar