SON XƏBƏRLƏR

Xamneyi nüvə danışıqlarına qoşulur

2021.10.20, 07:36
Xamneyi nüvə danışıqlarına qoşulur

Gunaz.tv
Xamneyi nüvə danışıqlarına qoşulur 20080702181621_1.jpg İran nüvə məsələsində dünya ölkələrinə güzəştə gedə bilər. Bu barədə Tehranın danışıqlarda ən nüfuzlu nümayəndələrindən sayılan Əli Əkbər Vilayəti bildirib. Qeyd edək ki, təxminən 17 il müddətində xarici işlər naziri postunu tutan Vilayəti hazırda İranın dini lideri Ayətulla Xamneyinin diplomatik müşaviridir. O, Xamneyinin nüvə proqramı ilə bağlı dünya dövlətləri ilə şəxsən danışıq aparmaq qərarına gəldiyini bildirib. Vilayəti İranın dini liderinin bu addımla özünün kəskin bəyanatları ilə məşhur olan prezident Mahmud Əhmədinejatı Qərb ölkələri ilə danışıqların məsuliyyətindən azad etmək qərarına gəlib: “Ümumi narahatlıqla əlaqədar olaraq İran və digər dövlətlər kompromis tapa bilərlər”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar