SON XƏBƏRLƏR

UNESCO 2008-ci ili Dillərin Beynəlxalq ili elan edib

2021.10.20, 07:36
UNESCO 2008-ci ili Dillərin Beynəlxalq ili elan edib

Gunaz.tv
UNESCO 2008-ci ili Dillərin Beynəlxalq ili elan edib Yakutsk-da Azərbaycan etnik musiqisi haqqında kataloq paylanılıb YUNESKO-nun himayəsi ilə 2008-ci il Dillərin Beynəlxalq ili elan edilib. Dünən Yakutsk şəhərində "Kibernetik məkanda dil və mədəniyyət müxtəlifliyi" mövzusunda konfrans başlayıb. Konfransda 4 MDB dövlətinin (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya Federasiyası), habelə Belçika, Braziliya, Kanada, Niderland, Yeni Zellandiya, ABŞ və digər ölkələrin nümayəndələri iştirak edirlər. Bu barədə "OLAYLAR"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Beynəlxalq forumda "Çoxdilliliyi qorumaq üçün kitabxana, muzey və arxivlər nə edə bilərlər", "Mədəni irs və mədəni müxtəliflik internetdə", "Dil və mədəniyyət müxtəlifliyi məqsədi ilə dövlət dil siyasətinin hüquqi əsasları və həyata keçirmə mexanizmləri" kimi məsələlər müzakirə olunur. Tədbirdə çıxış edən nazirliyin bölmə müdiri Lalə Məmmədova "Azərbaycan: mədəni simbioz və ənənə müxtəlifliyi" məruzəsi ilə çıxış edib. Məruzəçi mədəni siyasəti, əhalinin tərkibinin çoxmillətli olması haqqında danışıb. Konfrans iştirakçılarına Azərbaycanın etnik musiqisini əks etdirən "This is our Azerbaijan" elektron nəşri, "Azərbaycan dlğma diyar" kataloqu və kitablar paylanılıb. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar