SON XƏBƏRLƏR

Monqolustandakı kütləvi iğtişaşlarda 4 nəfər ölüb

2021.10.20, 07:36
Monqolustandakı kütləvi iğtişaşlarda 4 nəfər ölüb

Gunaz.tv
Monqolustandakı kütləvi iğtişaşlarda 4 nəfər ölüb 20080702142403_1.jpg Monqolustanın paytaxtı Ulan-Batorda polislə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda 4 nəfər ölüb. Bu barədə Monqolustanın dövlət teleradio şirkəti – MNB məlumat yayıb. Ölənlərdən ikisi güllə yaralarından keçinib, digər iki nəfərin hansı şəraitdə həlak olduğu bəlli deyil. İyulun 1-də başlayan kütləvi iğtişaşlarda hüquq-mühafizə orqanlarının 400-ə yaxın əməkdaşı yaralanıb. Paytaxtda 4 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq olunub. Qeyd edək ki, Monqolustanda vəziyyət iyunun 29-da keçirilən parlament seçkilərindən sonra gərginləşib. Hakim Xalq İnqilab Partiyasının 76 yerlik Böyük Xalq Xuralında (parlament) 45, müxalifətçi Demokrat Partiyasının isə 21 yer əldə etməsi açıqlandıqdan sonra müxalifət tərəfdarları seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək etiraz aksiyalarına başlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar