SON XƏBƏRLƏR

İrəvanda müxalifətçilər döyülüb

2021.10.20, 07:36
İrəvanda müxalifətçilər döyülüb

Gunaz.tv
İrəvanda müxalifətçilər döyülüb 20080703082201_1.jpg İrəvanda Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyanın tərəfdarlarına hücum olub. Şahidlərin sözlərinə görə, naməlum 15 kişi, Ermənistan paytaxtının Şimal prospektinə toplaşmış müxalifətçilərə hücum çəkib və onları döyməyə başlayır. Şahidlər onu da bildirib ki, ətrafdakı polis dəstələri dava-dalaşı yalnız seyr etməklə kifayətlənib. «İnterfaks» aegntliyinin şahidlərə istinadən yaydığı məlumata görə, polis əməkdaşları, hücum edən şəxslərin hadisə yerini sakitcə tərk etməsinə də şərait yaradıb. Qeyd edək ki, hər axşam onlarla müxalifət nümayəndəsi (əsasən qadınlar və yaşlılar) İrəvanın Şimal prospektinə toplaşır və bu aksiyanı «siyasi gəzinti adlandırır». Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Ümummilli Hərəkatı, bu günkü hadisəyə görə məsuliyyəti hakim rejimin daşıdığını bildirib. Müxalifətin fikrincə, hakimiyyəti zorla ələ keçirmiş qrup, belə hadisələrlə narazıları qorxutmağa çalışır. Məqsəd, iyulun 4-də keçiriləcək mitinqin mütəşəkkilliyinin qarşısını almaqdır. Partiyadan onu da bildiriblər ki, Sarkisyan rejimi məqsədinə çatmaq üçün muzdlu xuliqanlardan da istifadə edir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar