SON XƏBƏRLƏR

Bin Laden ölüm yatağındadır

2021.10.20, 07:36
Bin Laden ölüm yatağındadır

Gunaz.tv
Bin Laden ölüm yatağındadır ABŞ "xəstə"nin reseptini ələ keçirib ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı hesabatda "Əl-Qaidə" terror təşkilatının başçısı Üsamə bin Ladenin ölüm ayağında olduğu bildirilir. "The Time" yurnalının yaydığı məlumata görə, MKİ böyrək çatışmazlığından əziyyət çəkən bin Ladenin ən geci 2009-cu ildə öləcəyini güman edir. Hesabat müəllifləri bin Ladenin qəbul etdiyi güman edilən dərmanların siyahısına istinadən belə bir nəticəyə gəlib. "The Time"nin mənbələri hesabatda həmin dərmanların adının da göstərildiyini qeyd edirlər: "Bu dərmanların siyahısına istinad etsək, bin Ladenin ən çox 18 ay yaşayacağını söyləyə bilərik". Lakin bu hesabat xüsusi xidmət orqanlarının keçmiş əməkdaşlarında şübhə yaradır. MKİ-nin terrorla mübarizə Mərkəzi rəhbərinin keçmiş müavini Pol Pillar xüsusi xidmət orqanlarının bin Ladendən minlərlə kilometr aralıda oturaraq tibbi kartın fraqmentlərinə istinadən diaqnoz verməyə çalışdıqlarını vurğulayıb. Corc Buşun milli təhlükəsizlik üzrə keçmiş müşaviri Frensis Taunsend isə dəfələrlə belə hesabat gördüyünü, lakin onların heç birinin həqiqəti əks etdirmədiyini qeyd edib. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar