SON XƏBƏRLƏR

«Hizbullah»ın hərbi qanadı Britaniyada terror təşkilatı elan edilib

2021.10.20, 07:36
«Hizbullah»ın hərbi qanadı Britaniyada terror təşkilatı elan edilib

Gunaz.tv
«Hizbullah»ın hərbi qanadı Britaniyada terror təşkilatı elan edilib 20080703082428_1.jpg Britaniya hökuməti «Hizbullah»ın hərbi qanadını terrorçu təşkilat elan edərək, ölkə ərazisində onun fəaliyyətini qadağan edib. Məsələ ilə bağlı rəhbərlik etdiyi qruplaşmaya məxsus telekanalal vasitəsilə çıxış edən Şeyx Həsən Nəsrullah Britaniyanın bu qərarının onun üçün gözlənilməz olmadığını bildirib. Qeyd edək ki, Britaniyanın baş naziri Qordon Braun Nümayəndələr Palatasında çıxışı zamanı bildirib ki, belə qərarın qəbul olunmasına səbəb «Hizbullah»ın İraqda və Fələstin ərazilərində həyata keçirilən terror aktlarında əlinin olmasıdır. Bununla yanaşı, o, iddia edib ki, Britaniya hökumətinin qərarı «Hizbullah»ın ölkə ərazisindəki ictimai və siyasi fəaliyyətinə təsir göstərməyəcək. Beyrutda jurnalistlərə canlı bağlantı vasitəsilə müsahibə verən «Hizbullah» lideri Şeyx Həsən Nəsrullah Britaniyanın özünü ittiham edib. Onun sözlərinə görə, Böyük Britaniya yəhudi dövlətinin yaradılmasına dəstək verməklə fələtsinlilərin evlərindən didərgin salınmasına, İsrailə birtərəfli qaydada dəstək verilməsinə və «Şeytan əyaləri»nin müəllifi Salman Rüşdiyə cəngəvarəlik titulu verərək müsəlmanları təhqir etməsinə görə məsuliyyət daşıyır. Xatırladaq ki, Salman Rüşdi İslamı dinini təhqir edən «Şeytan ayələri» kitabına görə 1989-cu ildə İranda ölüm hökmünə məhkum edilib. ANS PRESS  yenisharq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar