Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Türkiyədə "Ergenekon" əməliyyatı çərçivəsində həyata keçirilən həbslər dünya mediasının ilk xəbərləri sırasındadır. Dünyanın nüfuzlu telekanalları və qəzetləri bu mövzuya olduqca həssas yanaşır. Məsələn, CNN telekanalı baş verənləri "Türkiyədə siyasi yüksəldi" ifadəsi ilə tamaşaçılarına çatdırıb: "Baş verənlər islami kökənli AKP ilə onun dünyəvi müxalifləri arasındakı böyük və ciddi gərginliyi gözlər önünə sərdi". "The Guardian" qəzeti xəbəri "Türk məhkəməsi hakim partiyanın qapatma davasını müzakirə edərkən yeni həbslər" başlığı ilə verib. Qəzetin fikrincə, həbslər qapatma davasını diqqətdən yayındırıb: "Bu, Türkiyənin səndələyən siyasi sistemini süquta daha da yaxınlaşdırdı. Türkiyənin hüquqi sistemi getdikcə AKP və dünyəvilik tərəfdarları arasındakı mücadilənin savaş meydanına dönür". "The İndependent" Orxan Pamuku nəzərdə tutaraq "Nobel mükafatı laureatı olan yazıçını öldürmə planı hazırlayan iki general göz altında" cümləsini önə çıxarıb. "Financial Times" baş verənlərə "Çevriliş araşdırmasının gətirdiyi həbslər Türkiyənin sabitliyinə təhlükə yaradır" kimi reaksiya verib. "Daily Telegraph" AKP-nin qapadılmasının Türkiyənin Avropa Birliyinə gedən yolunu bağlayacağını bəyan edib. "Deutche Welle" nəşrinə açıqlama verən AB Komissiyasının vitse-prezidenti Günter Verheugen də eyni fikirləri bölüşüb: "Türkiyədəki qeyri-sabitlik Avropa üçün də mənfi nəticələr doğura bilər". "Spiegel" dərgisi "Hakim partiya ilə dünyəvilər arasındakı dava böyüyür" başlığı ilə verdiyi yazıda son həbsləri AKP-nin qapatma prosesinə əks-hücumu kimi dəyərləndirib: "Bu gün Türkiyədə hüzün hakim. Avqustda daha betər günlərin gəlməsi gözlənilir". Türkiyə hüquq-mühafizə orqanları isə ötən gün axşam da "Ergenekon" əməliyyatı çərçivəsində həbsləri davam etdirib. Həbs olunan iki generalların ardınca, istefada olan digər general Levent Ersöz və admiral İlkər Özgüvən də saxlanılıb. AKP-dən olan keçmiş millət vəkili Turan Çöməz barəsində isə axtarış elan edilib. Bir müddət öncə AKP-dən xaric edilən keçmiş deputat Turan Çöməzin ingilis dilini daha mükəmməl öyrənmək üçün Böyük Britaniyaya getdiyi bildirilir. Onun yay aylarını İngiltərədə keçirməyi planlaşdırdığı xəbər verilir. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı isə baş verənlərə mnasibət açıqlayıb. İstefada olan generalların evlərində və ofislərində aparılmış axtarışlarla bağlı verilən açıqlamada deyilir: "Həbs və axtarışların bir qismi hərbi məhəllələrdə aparılıb. Bəzi mətbuat orqanlarında bunların Baş Qərargahın icazəsi ilə edildiyi barədə xəbərlər yer alıb. Bildiririk ki, axtarışlar 5271 saylı Cəza Mühakiməsi Qanununun 119-cu maddəsinin 5-ci bəndinə uyğun aparılıb. Həmin bənddə deyilir ki, hərbi məhəllələrdə axtarışlar prokurorun istəyi və iştirakı ilə hərbi orqanlar tərəfindən aparılır". Silahlı Qüvvələrinin rəhbərliyi "Ergenekon qalmaqalı" ilə əlaqədar bir sıra sabiq general və admiralların həbsinin ordu komandanlığı ilə razılaşdırılması barədə məlumatları təkzib edib. Türkiyə quru qüvvələri komandanı İlkər Başbuğ da həbslərin onunla razılaşdırılması barədə xəbərlərin yalan olduğunu bildirib: "Açıq şəkildə bəyan edirəm: Bununla bağlı fikirlər və düşüncələr kökündən səhvdir. Baş nazir Ərdoğanla bir neçə gün əvvəl keçirilən görüşümüzdə bu məsələ heç bir formada gündəmə gəlməyib. Bu ağır günlərdə hamımız sayğılı və soyuqqanlı davranmaq zorundayıq". Xatırladaq ki, həbslərdən iki gün əvvəl İlkər Başbuğla baş nazir Ərdoğanın görüşü olub. Türkiyə mediası bu səbəbdən də baş nazir Ərdoğanın istefada olan generallar - Hurşit Tolon, Şener Eruyğur, İlker Güven və başqalarının həbsinin general İlkər Başbuğla razılaşdırıldığını iddia edib. O, "Bu həbslərə Silahlı Qüvvələrin razılığı həmin görüşdəmi verilib" sualını qəzəblə qarşılayaraq, bu cür dezinformasiyaları türk ordusunun nüfuzuna zərbə vurmaq istəyənlərin təxəyyülünün məhsulu adlandırıb: "Bütün bunlar gerçəklikdən çox-çox uzaqdır". İlker Başbuğ avqustun 31-dən etibarən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına rəhbərlik edəcək. O, bu postda təqaüdə çıxan general Yaşar Böyükanıtı əvəzləyəcək. Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal də ölkəni şoka salan son həbslərə münasibət bildirib. O bildirib ki, adətən, bu cür hadisələr çevriliş dönəmlərində baş verir: "Kütləvi həbslər, cəmiyyətin ən hörmətli insanlarının içəri atılması hüquqi dövlətdə mümkün olan şeylər deyil. Bir ildir bu proses ittiham aktı olmadan davam etdirilir. AKP-yə yaxın media da bu işin içindədir. Böyük bir kampaniya aparılır. Mən daha əvvəl də demişdim: AKP öz dərin dövlətini qurur". Bunlar milyonlarca insanın ölümünə səbəb olan Hitlerin 30 iyun gecəsi başlatdığı və ya Stalinin "böyük təmizləmə" adı altında həyata keçirdiyi həbsləri xatırladır: "Cəmiyyətin nüfuzlu şəxslərini bir günün içində, qəfildən həbs etmək olmaz. Həbs edilənlər dünyəvi dövlət tərəfdarları, atatürkçülərdir. Faşist Almaniyasında Hitlerin hakimiyyətə gəlməsindən sonra 1934-cü il iyunun 30-dan iyulun 1-nə keçən gecə hücumlar təşkil olundu. Ertəsi gün həbslər başladı. Sosialistlər, rahiblər, qaraçılar, şəxsi düşmənlər həbs olundu. Sonra bu proses reyim dəyişikliyinə qədər getdi. SSRİ-də də bənzər dəyişikliklər oldu, İranda da molla reyimi qurularkən oxşar hadisələr baş verdi. Bu gün isə Türkiyədə atatürkçülər, dünyəvi respublikanı müdafiə edənlər hədəfdədir". Əksəriyyət bu qənaətdədir ki, baş verənlər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətinin bağlanması ilə bağlı qaldırılan iddia ilə bağlıdır. Partiyanın dayandırılması tələbi ilə ittiham aktı hazırlayan baş prokuror Əbdürrəhman Yalçınkaya ötən gün Konstitusiya Məhkəməsində çıxış edib. İddiasını şifahi şəkildə əsaslandıran Ə.Yalçınkaya saat yarım davam edən çıxışında AKP-nin ünvanına bir sıra sərt ittihamlar səsləndirərək, hakim partiyanın bağlanması tələbini bir daha təkrarlayıb. O, AKP-nin şəriət reyimi qurmaq istədiyini, bu təhlükənin açıq-aşkar göründüyünü və yaxınlaşdığını bildirib. Baş prokuror AKP-nin yaxın əlaqədə olduğu "nurçular"ın lideri Fətullah Gülənə məhkəmə tərəfindən bəraət verilməsinin bu şəxsin dini təriqət lideri olması gerçəkliyini dəyişdirmədiyini söyləyib. Ə.Yalçınkaya Konstitusiya Məhkəməsinin ali məktəblərdə baş örtüyündən istifadəyə icazə verən Konstitusiya dəyişikliklərini ləğv etməsi ilə AKP-nin qapadılması üçün daha bir əsas yarandığını vurğulayıb. O, AKP lideri və baş nazir Rəcəb Tayyib Ərdoğanın BMT tərəfindən adı "terror təşkilatlarına dəstək verməsindən şübhə duyulan şəxslər" siyahısına salınmış Səudiyyə Ərəbistanından olan işi adamı Yasin Əl-Kadı ilə yaxınlığını da sübut kimi göstərib. Baş prokuror AKP-nin ikinci adamı Dengir Mir Mehmet Fıratın "Atatürkün inqilabi dəyişiklikləri cəmiyyətdə travma yaradıb" sözlərini də xatırladıb, amma bunu əlavə sübut kimi ittiham aktına daxil etməyib. Çıxış bitdikdən sonra Konstitusiya Məhkəməsi üzvlərindən heç kim Ə.Yalçınkayaya hər hansı sual ünvanlamayıb. Sonda onu da bildirək ki, bu gün baş nazirin müavini, hökumət sözçüsü Cəmil Çiçək və AKP parlament qrupunun həmsədri Bəkir Bozdağ Konstitusiya Məhkəməsində müdafiə çıxışı edəcəklər. kaspi
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu